Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26May

    Cəmyyətimiz bu gün böyüyən nəslin çiyinləri üzərində daha da inkişaf edəcək, irəli gedəcəkdir. Bu baxımdan şagirdlərin savadlı olması ilə yanaşı onların milli-mənəvi dəyərlərimizə yiyələnməsi mühüm əhəmiyyət kəsb edir.
    Bu məqsədlə məktəbimizdə də vaxtaşırı maraqlı tədbirlər keçirilir. Çalışırıq ki, ölkəmizin tarixini, milli bayramlarımızı, xalqımızın gözəl adət-ənənələrini şagirdlərə daha yaxından çatdıraq, onları qəhrəmanlıq, vətənpərvərlik ruhunda tərbiyə edək.
    2023-cü ilin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən “Heydər Əliyev ili” elan olunmasından sonra məktəbin Uşaq Birliyi Təşkilatı və kitabxana tərəfindən sinif rəhbərləri və fənn müəllimlərinin köməyilə silsilə tədbirlər keçirilib. Onu da qeyd etmək lazımdır ki, şagirdlərimiz yalnız məktəb daxilində deyil, Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş ümumrayon tədbirlərində, müxtəlif yarışmalarda, sərgilərdə, ekskursiyalarda fəallıq göstərirlər.
    10-12 dekabr 2022-ci il tarixlərində məktəbdə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş geniş tədbirlər keçirilib. Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən və bütün dünya azərbaycanlılarını bir yumruq kimi birləşdirən “31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” də həm məktəb səviyyəsində, həm də ayri-ayrı siniflərdə geniş qeyd olunub.
    Uşaqlara tariximizi daha dərindən öyrətmək məqsədilə məktəbimizdə UBT-nin və kitabxananın təşkilatçılığı ilə keçirilən tədbirlərdə 20 Yanvar, Xocalı soyqırımı, 31 mart – Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsi anılıb, bu hadisələrlə bağlı şagirdlərin çıxışları dinlənilib, həmçinin məktəb kollektivi ümumrayon tədbirlərində iştirak edib.
    Şagirdlərin vətənpərvərlik tərbiyəsində 2016-cı ilin Aprel hadisələrində və 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun qazandığı Zəfər xüsusi yer tutur. Yaxın tariximizin öyrənilməsi məqsədi ilə tez-tez qazilər, şəhid valideynləri məktəbimizin qonağı olurlar. Şəhidlərimizin əziz xatirəsini yaşatmaq məqsədilə onların adına siniflər verilib. Burada Vətənin igid oğullarına aid materiallar, fotolar toplanıb. Tarix yazan Vətən oğullarımızın həyat yolu öyrənilir ki, heç zaman unudulmasın.
    “Heydər Əliyev ili” çərçivəsində tədbirlərimiz davam edir. Bu zaman şagirdlər Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan xalqının həyatındakı misilsiz xidmətləri barədə söhbətləri dinləyir, həmçinin özləri əbədiyaşar liderimizə aid şeir və mahnılarla çıxış edirlər. Məktəbin fəal şagirdlərindən olan Nihal Hacıyeva və Hüseyn Səfərli rayon səviyyəsində keçirilən tədbirlərdə də fəal iştirak edir, alqışlarla qarşılanırlar.

    Amil HÜSEYNOV,
    Əsəd Məmmədov adına
    şəhər 1 saylı tam orta məktəbin direktoru

    Müəllif: Redaktor, 10:45

İsmarıclar bağlıdır.