Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,140
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 01İyn

    Respublikamızda baramaçılıq və ipəkçiliyin inkişafı istiqamətində mühüm addımlar atılır. Ölkə başçısının 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” da bu sahəyə marağın artmasında mühüm rol oynadı. Proqramın uğurlu icrası ölkəmizdə barama istehsalını ildən-ilə artırır. Tərtər də bu inkişafdan geri qalmır.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qaynaq kəndində kümçülərlə görüşüb, baramanın yığılması və təmizlənməsi şəraiti ilə tanış olub. Kümçülərə müvafiq tövsiyələrini verərək, məhsul yığımında onlara uğurlar arzu edib.

    Qeyd edək ki, ipəkqurdunun yem bazasının yaradılması üçün rayon ərazisində 2016-2023-cü illər ərzində 374 mindən artıq tut tingi əkilib. 2022-ci ildə rayonda 10 min 200 kiloqram barama istehsal edilib. Bu il isə 15 min kiloqram barama istehsalı nəzərdə tutulub.

    Mayın 25-də rayonda barama tədarükünə başlanılıb. Məhsul “AzSİLK” MMC-nin nümayəndələri tərəfindən Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) qəbul edilir. Qəbul məntəqəsində baramanın qəbulu üçün lazımi şərait yaradılıb. Bu günə kimi kümçülərin yetişdirdikləri  7814,56 kiloqram məhsul təhvil alınıb.

     

    Müəllif: Redaktor, 14:38

İsmarıclar bağlıdır.