Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09İyn

    Sona Əsgərova həmyerlimizdir. Sabir Paşayevin sevimli şagirdlərindən biri olub. Şəhərimizdəki 2 saylı məktəbi (indi 2 saylı məktəb-lisey) medalla bitirib. Ömrünü Azərbaycan vətəndaşlarının sağlamlığına həsr edən bu qadın savadlı həkim və gözəl insan kimi yalnız Qarabağ bölgəsində deyil, Azərbaycanın hər guşəsində tanınır, adı hörmətlə çəkilir. Aşağıda onun öz həyatından qələmə aldığı iki sənədli hekayəni oxucularımıza təqdim edirik.

    MƏNİM HEKAYƏM

    Rəhmətliklər ata-babam və bacısı Fatma nənəm söhbət edərkən qulaq günahkarı oldum.
    Babam deyirdi: “Ay Fatma, deyirəm uşaqlar böyüyür, Solmazı istəyənlər çoxdur, orta məktəbi qurtarır. Onu köçürək, oğlanları piryota verək, bu üç qızı da Həcər saxlasın, yükü bir az azalsın”.
    Eşitdiklərimi anama çatdırdım, ağladım. Amma həmin gün anamdan ilk dərslərimi– əbədi dərslərimi aldım:
    –Sona, demək sən xəbərçisən.
    Heyrət etdim. Anam mənə nə deyir?
    –Bala, əgər razı deyildinsə, etirazını bildirəydin, ağlaya-ağlaya üstümə gəlməməliydin. Razılaşmadığın fikrə etiraz etmək sənin başucalığın, xəbər gətirməyin isə utancdır.
    O ki qaldı sizləri necə saxlamağa, narahat olma. Müvəqqəti çətinlikdir. Ağlım yerində, qollarım qüvvətlidir. Baramadan gələn ruzimiz bərəkətlidir. Mən sizin altınızı da oxudacam, ali təhsil verəcəm, sizlərə toy edəcəm. Mənim balalarımın taleyinə yalnız özüm qərar verirəm. Mən bilirəm ki, bu işdə sən mənə dayaq olacaqsan.
    Mən tibb institutunda oxuyarkən yazdığı məktubunda da bu fikirlər səslənir: “Anan qurban, işdən evə gələndə – dik-dən enəndə, ağır zənbillər yorğun qollarımı sızladanda onları yerə qoyub, əllərimi tanrı-ya açıb deyirəm: “Şükür sənə İlahi, mənim də balam həkim olacaq, gəlib mənə kömək edəcək, bu ağır yükün altından cıxacağıq”. Həyatıma anamın vurduğu möhür.

    Müəllif: Redaktor, 10:42

İsmarıclar bağlıdır.