Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09İyn

    Kənd təsərrüfatında məsul bir dövrün – dənli və texniki bitkilərin yığımı mövsümünün astanasındayıq.
    Əlbəttə, bol məhsul yetişdirməklə yanaşı, onun tədarükü, emalı da mühüm şərtdir.
    Birinci növbədə qeyd edilməlidir ki, dənli və texniki bitkilərin əkin sahələri ilə yanaşı meşələrin yanğından qorunması tək yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatında çalışan bütün şəxslərin ümdə vəzifəsidir və bu sahədə onların qarşısında ciddi tapşırıqlar qoyulur.
    Araşdırma zamanı yanğınların müxtəlif səbəblərdən, siqaret çəkmə zamanı ehtiyatsızlıqdan, nəqliyyat vasitələrinin sistemlərinin, mexanizmlərinin və hissələrinin nasazlığından, yüksək gərginlikli hava elektrik xətlərində baş verən qəzadan, ocaqdan düşən qığılcımdan, kombaynlarda və digər texnikaların atqı borularında qığılcımsöndürənin olmamasından, biçilmiş sahələrin qəsdən yandırılması səbəbləri ilə baş verdiyi məlum olmuşdur.
    Biçilmiş taxıl sahələrinin yandırılması qadağandır və buna görə taxıl sahəsinin sahibi məsuliyyət daşıyır.
    Qeyd edildiyi kimi, ot və taxıl yığımı mövsümünün başlanmasına az qalır. Kombaynların, eləcə də digər texnikaların sahələrə çıxdığı, yəni taxıl yığımı, mal-qara üçün silos, senaj, quru ot tədarükü görüldüyü bir vaxtda dənli və texniki bitkilərin yanğından qorunması üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır. İlk növbədə xüsusi olaraq qeyd edək ki, müvafiq qanunvericilikdə mülkiyyət formasından asılı olmayaraq hər bir təsərrüfat rəhbərinin tabeliyində olan obyektlərin yanğın təhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıması təsbit olunmuşdur. Odur ki, ot biçini və taxıl yığımı başlayan vaxtdan qurtaranadək təsərrüfat rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını təmin etməli, bununla əlaqədar kənd təsərrüfatı işçiləri arasında müvafiq maarifləndirmə işləri aparmalıdırlar. Taxıl və ot, küləş yığımına başlamazdan qabaq bütün təsərrüfat rəhbərləri kənd təsərrüfatı texnikasını ilkin yanğınsöndürmə vasitələri ilə təmin et-məli, dənli və texniki bitkilərin yığılması, daşınması, emalı və sax-lanması dövründə yanğın təhlükəsizliyinə nəzarət etmək üçün müvafiq əmrlə cavabdeh şəxslər təyin etməlidirlər. Məhsul yığımında iştirak edən traktor və kombayn sürücüləri, onların köməkçiləri, digər mexanizatorlar, eləcə də məhsul yığımına cəlb edilən hər bir şəxs müvafiq qaydada xüsusi proqram üzrə yanğına qarşı təlimatlandırılmalıdırlar. Yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmayan şəxslərin məhsul yığımında iştirakına yol verilməməlidir.
    Taxıl yığımında iştirak edən texnika yığıma başlamazdan əvvəl yanğın-texniki müayinədən keçirilməli, onların yanğın təhlükəsizliyi tələblərinə cavab vermələri barədə akt tərtib edildikdən sonra sahəyə buraxılmalıdırlar.
    Məhsul yığımında iştirak edən bütün texnikaların mühərriklərinin atqı boruları qığılcımsöndürənlərlə təmin edilməli, kollektorların birləşmə hissələrinin və atqı borusunun ara qatlarında zədələnmələr olmamalıdır. Əgər məhsul yığımı ilə eyni vaxtda biçilməmiş taxıl zəmilərinin yaxınlığında payız şumlanma işləri aparılarsa, onda şum traktorları da qığılcımsöndürənlərlə təmin edilməlidir. Mühərrikin çı-xış kollektoruna küləşli məhsulların düşməsinin qarşısını almaq məqsədilə kapotsuz və ya kapotu açıq olan texnikaların istifadəsinə icazə verilməməlidir.
    Yığımda iştirak edən texnikaların yanğın təhlükəsizliyi tələblərinə uyğun olması hər bir müəssi-sədə təşkil olunmuş xüsusi komissiya tərəfindən yerli Dövlət Yanğın Nəzarəti orqanının əməkdaşı ilə birgə yoxlanılmalıdır.
    Dənli və texniki bitkilərin yetişdiyi dövrdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra digər zəruri tədbirlər təxirə salınmadan həyata keçirilməlidir. Belə ki, meşə zolaqları, avtomobil və dəmir yolları taxıl zəmilərinə yaxın olduqda onların arası biçilməli və eni 4 metrdən az olmamaqla şumlanmalıdır. Biçilmiş ot, taxıl zəmilərindən ən azı 30 metr aralıda tayaya vurulmalıdır. Taxıl yetişən zaman cavabdeh şəxslər tərəfindən zəmiləri yanğından qorumaq məqsədi ilə keşikçilər ayrılmalıdır. Bi-çilmiş ot və taxıl həmin sahədən kənara daşınmalıdır. Taxıl yığımı, ot tədarükü zamanı müvəqqəti tarla düşərgələri taxıl zəmilərindən, xırmanlardan və s. yanğın təhlükəli yerlərdən ən azı 100 metr kənarda yerləşdirilməlidir.
    Məhsul yığımı dövründə bir sıra zəruri yanğın təhlükəsizliyi tədbirləri həyata keçirilməlidir. Biçin işi aparılan taxıl zəmilərinin yaxınlığında baş verə biləcək yanğınların qarşısını almaq məqsədilə kotanlı traktorlar olmalı, taxıl zəmilərində və onların yaxınlığında küləş yandırılması və tonqal qalanmasına yol verilməməlidir. Tarla şəraitində traktor, kombayn və digər maşınların yanacaqla təmin edilməsi onların mühərriklərinin işi dayandırıldıqdan sonra yanacaqdolduran maşınlarla həyata keçirilməlidir. Gecə vaxtı texnikaların yanacaqla doldurulması yol verilməzdir.
    Bir daha xatırladırıq ki, kənd təsərrüfatı məhsullarının, xüsusən də taxılın oddan qorunması hamının şərəf işi olmalıdır! Unutmamalıyıq ki, taxıl bərəkətdir, ruzidir və o, böyük zəhmət hesabına yetişdirilir.

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti

    Müəllif: Redaktor, 10:47

İsmarıclar bağlıdır.