Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 13İyn

    Ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Azərbaycan xalqının və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri olmaqla həm də,  ilk strateji dövlət sənədidir.
    Ümummilli lideri Heydər Əliyev demişdir: İnsаn hüquq və аzаdlıqlаrının müdаfiəsi dövlətin ali məqsədidir. Azərbaycanda insan hüquqlarının qorunması, insan azadlıqlarının təmin edilməsi həmişə diqqət mərkəzində olmuşdur.
    Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ümumbəşəri dəyərlərə, demokratik ənənələrə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi və təminatına əsaslanan vətəndaş cəmiyyəti quruculuğu, demokratik hüquqi dövlət və buna uyğun insan hüquqları sisteminin yaradılması istiqamətində respublikamızda mühüm islahatlar həyata keçirilmiş, insan hüquq və azadlıqlarının təmin olunması dövlətin ali məqsədi elan edilmişdir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 12 nоyаbr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının ikinci bölməsi bütünlüklə Аzərbаycаn Rеspublikаsındа əsаs insаn və vətəndаş hüquq və аzаdlıqlаrınа həsr оlunmuşdur. Konstitusiyada əksini tapmış bu strateji məqsəd ilk növbədə hüquq islahatları və insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri etmişdir.
    1998-ci ilin 22 fеvrаlındа ümummilli lidеr Hеydər Əliyеv tərəfindən “İnsаn və vətəndаş hüquqlаrının və аzаdlıqlаrının təmin еdilməsi sаhəsində tədbirlər hаqqındа” Fərmаn imzаlаnmış, insаn hüquqlаrı sаhəsində həyаtа kеçirilən tədbirlərin istiqаməti və kоnsеpsiyаsı səhih şəkildə müəyyən оlunmuşdur. 1998-ci il 18 iyun tаriхdə ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının tərəqqisini məhz “insan meyarı”nın inkişaf etdirilməsində görərək, insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan “İnsаn hüquqlаrının müdаfiəsinə dаir Dövlət Prоqrаmı”nı təsdiq etmişdir.
    İnsan hüquqlarının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edən ulu öndər Heydər Əliyevin ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi üçün 1998-ci il 22 fevral tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı, habelə 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında İnsan Hüquqları üzrə Müvəkkili təsisatının yaradılması nəzərdə tutulub. İnsan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamı idi. 2001-ci il dekabrın 28-də Azərbaycan Respublikasının Milli Məclisi “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanununu qəbul edib. Müvəkkil təsisatının yaradılması və fəaliyyəti üçün maddi və hüquqi baza formalaşdırılmışdır. Həmçinin 24 dekabr 2002-ci il tarixdə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında”  Konstitusiya Qanunu qəbul edilmişdir.
    Аzərbаycаn Rеspublikаsı 2001-ci ildə “İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа” Аvrоpа Kоnvеnsiyаsınа qоşulmаqlа bu Kоnvеnsiyа Kоnstitusiyаmızın 148-ci mаddəsinə müvаfiq оlаrаq milli qаnunvеriciliyin tərkib hissəsinə çеvrilmişdir. Həmçinin Аzərbаycаn Rеspublikаsı insаn hüquqlаrının qоrunmаsı sаhəsində mühüm bеynəlхаlq sənədlərə, о cümlədən BMT Bаş Məclisi tərəfindən qəbul еdilmiş “İşgəncələrə və digər qəddаr, qеyri-insаni, yахud ləyаqət аlçаldаn dаvrаnış və cəzа növünə qаrşı” Kоnvеnsiyаyа qоşulmuşdur.
    Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2006-cı il dekabrın 28-də imzaladığı “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamında Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi göstərilib.
    Dövlət başçısı cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə ümummilli liderimiz  Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi təsis edilib.
    Demokratik, hüquqi dövlətin, qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 2011-ci il dekabrın 27-də “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” qəbul olunub. Milli Fəaliyyət Proqramı ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş insan hüquqları sahəsində strategiyanın məntiqi davamı və dövlətin növbəti siyasi iradəsi olmaqla, insan və vətəndaş hüquqlarının hərtərəfli həyata keçirilməsinə, onların icra mexanizmlərinin təkmilləşdirilməsinə zəmanət verir.
    İnsan hüquqları sahəsində ardıcıl və dinamik fəaliyyətə xüsusi diqqət yetirən respublikamız bu sahədə 300-dən çox beynəlxalq müqavilənin iştirakçısı və nüfuzlu beynəlxalq təşkilatların üzvüdür.  Bu gün Azərbaycan Respublikası insan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri ilə sıx əməkdaşlıq edir. Beynəlxalq mexanizmlər tərəfindən irəli sürülən tövsiyələr isə daim Azərbaycan Respublikası tərəfindən dövlətdaxili qanunvericiliyin daha da təkmilləşdirilməsində istifadə edilir.
    Xalqımızın milli sərvəti olan Heydər Əliyev irsinin, çoxşaxəli fəaliyyətinin indiki və gələcək nəsillər tərəfindən daim öyrəniləcəkdir. Ulu Öndərin milli dövlətçiliyimizin bütün sahələrində yaratdığı möhkəm bünövrə hələ çox illər xalqımıza xidmət edəcək, gələcək nəsillərimiz bu dahi şəxsiyyətin yaratdığı müstəqil dövlətimizdə qürurla yaşayacaqlar.

    Züleyxa Mustafayeva, Tərtər rayon Qeydiyyat şöbəsinin
    rəis vəzifəsini icra edən 

    Müəllif: Redaktor, 14:10

İsmarıclar bağlıdır.