Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyn

    Bismilləhir Rahmənir Rahim!
    Mehriban və Bağışlayan Allahın adı ilə!
    “Biz hər bir ümmət üçün qurbangah (və ya məbəd) müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər (yəni, Bismilləh desinlər). Sizin məbudunuz tək olan Allahdır!..(Həcc surəsi, ayə 34).
    “(Ya Peyğəmbər) Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı”…(Maidə s. ayə. 27).
    Yuxarıda qeyd olunan ayələrdən də bəlli olur ki, qurban ayininin çox qədim tarixi vardır. Başlanğıcını Hz. Adəmdən (ə) götürən qurbanvermə adəti sonrakı dönəmlərdə bir neçə formada davam edərək çağdaş zamanımıza qədər davam etmiş və etməkdədir. Qurban sözünün lüğəti mənası belədir: mənəvi baxımdan Uca Allahın hüzuruna yaxınlaşmağa səbəb olan əməl.
    Bu ayədə Rəbbimiz qurban əməlinin tərifini belə edir: “Əlbəttə, onların nə əti, nə də qanı Allaha çatmaz. Allaha çatacaq olan ancaq sizin təqvanızdır”. (Yəni əməlinizdir). Həcc s. ayə 37.
    Qurban insanı Rəbbinə yaxınlaşdıran bir vasitədir. Bu səbəblə də insanlar çox qədim dövrlərdən bəri illahlarına yaxınlaşmaq üçün qurbanlıq ayini icra edirdilər. Tarixən insanlar iki cür qurban verib:
    1. Qanlı qurbanlar.
    2. Qansız qurbanlar.
    Qanlı qurbanlar heyvan, balıq və bəzən də daha dəhşətli olan insan qurban etməkdən ibarət olub.
    Qədim dövrlərdə insanın qurban edilməsi təmizləmə və sehr vasitəsi idi. Qədim türk inanclarından at, qoyun, dəvə, öküz və maral qurban edilirdi. Qansız qurbanlar isə ot, yarpaq, kök, üzüm və zeytun kimi məhsullardan ibarət olmuşdur. Tarixdə ən çox rast gəlinən qansız qurban növü taxıldır. Taxıl dənlərinin qurban edilməsi əsrlər boyu davam etdi. Həzrət Adəmin (ə) oğlu Qabilin Allaha qurban olaraq taxıl təqdim etməsi bunun ilk nümunəsidir.
    İslam dinində olan və İsmayıl qurbanı adı ilə məşhurlaşan qurban ayininin təqribən dörd mindən yuxarı yaşı var. Bu ayin var olandan ta günümüzə qədər insanların bir-birilə yardımlaşması amacı güdmüşdü. Əsasən imkanlı şəxslərin imkansız ailələrə yardım etməsinə xidmət edir İslam qurbanlığı. Hz. Məhəmməd Salavatullah buyurub ki, “İmkanı olaraq qurban kəsib paylamayan bizdən sayılmaz!”
    Bu il Qurban bayramı iyun ayının 28, 29-na təsadüf edəcək. Allah Taala bütün dualarımızı, qurbanlarımızı qəbul etsin. Xalqımız, dövlətimiz var olsun, imanımız kamil olsun. Şəhidlərimizin ruhu şad olsun, yaralı qardaşlarımız tezliklə şəfalarına qovuşsunlar. Uca Allah müzəffər Ali Baş Komandanımızı, Prezidentimizi, Ordumuzu qorusun.

    Amin. Saleh ƏDİLOV,
    Tərtər Cümə Məscidi
    imamının müavini

    Müəllif: Redaktor, 11:53

İsmarıclar bağlıdır.