Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyn

    ARZUSU RƏSSAM OLMAQDIR

    Istedad özünü insanın hələ kiçik yaşlarından hiss elətdirir. Kimisi musiqiyə, kimisi rəsm çəkməyə, kimisi də elmin müxtəlif sahələrinə meyilli olur. Minayə Həsənlidə də belə olub. O, hələ 5 yaşı olmayanda əlinə keçən ağ kağız üzərində quş, gül, ev və başqa təbiət şəkillərini öz uşaq təxəyyülü ilə çəkərdi. Ata-anasına çəkdiyi şəkilləri göstərib müsbət rəy eşidəndə sevinərdi. Sevincinin həddi-hüdudu olmazdı. O, indi biraz boy atıb, böyüyüb. Hazırda şəhid Mehman Həsənov adına Köçərli kənd tam orta məktəbinin səkkizinci sinfində oxuyur, dərs əlaçısıdır. Gündəlik məşğuliyyəti isə diqqətini çəkən şəkillər üzərində işləməkdir. Minayə həm də rayonumuzdakı Uşaq Gənclər İnkişaf Mərkəzinin fəal üzvlərindəndir. Ya-xınlarda eşitdim ki, o, bir neçə dəfə rəsm müsabiqələrinin qalibi olub. Bu münasibətlə anası Pərvanə xanımla əlaqə saxladım və qızının redaksiyaya gəlməsini xahiş etdim.
    Minayə Həsənli anası Pərvanə xanımla dedikləri vaxt redaksiyada oldular. Qarayanız, suyuşirin bu qızla vurğunu olduğu rəsmlərindən söz açdım. Söhbətimizə hərdən anası da müdaxilə edirdi. Hər ikisi Minayənin çəkdiyi şəkillərin onun üçün önəmli olduğunu bildirdilər.
    İlk dəfə rəngli boya ilə çəkdiyi “Qarabağ atları” əsəri təhsil aldığı məktəbin müəllim və direktoru tərəfindən bəyənilib. O zaman rəsm işinin incəliklərinə yiyələnməsi üçün məktəb kollektivi ona köməkliklər göstərib və Uşaq Gənclər İnkişaf Mərkəzinə üzv olmağı təklif ediblər. Artıq Minayə həm təhsil aldığı məktəbin, həm İnkişaf Mərkəzinin fəal və bacarıqlı şagirdlərindəndir. Çəkdiyi rəsmlərə görə bir neçə dəfə rayon birincisi və ikincisi, 2 dəfə isə respublika birincisi olub.
    May ayının əvvəlində Sumqayıt şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi şərəfinə 9-14 yaş qrupu arasında keçirilən “El bilir ki, sən mənimsən” müsabiqəsində yeniyetməmiz “Zəfər bizimdir” və “Heydər Əliyev və Zərifə Əliyeva” ailə tablosu ilə iştirak edib. Hər iki əsər birinci yeri tutub. Gənc rəssam diplom və kubokla mükafatlandırılıb. Çəkdiyi rəsmlərə görə dəfələrlə təşəkkürnamə, fəxri fərman və qiymətli hədiyyələrlə sevindirilib.
    Rayonumuzda keçirilən əlamətdar tədbirlərdə Minayə Həsənlinin çəkdiyi rəsm əsərləri sərgilənərək izləyicilərin marağına səbəb olub. Rayon rəhbərinin diqqətini çəkən rəsmlərdən biri də onun bu bacarıqlı qızımıza diplom təqdim etdiyi foto şəkil olub və çox xoşuna gəlib. Gənc rəssamı-mızın ən böyük arzularından biri gələcəyin savadlı rəssamı olmaq və dövlət rəhbərləri – ölkə Prezidenti möhtərəm İl-ham Əliyevin və Türk xalqının lideri cənab Ərdoğanın portretini çəkərək Prezidentə təqdim etməkdir.
    Anası Pərvanə xanım bildirdi:
    – Bu qabiliyyət böyük bacısı Nahidədə və kiçik qardaşı Uğurda da var. Onları fərqləndirən ən mühüm cəhət Minayənin məsuliyyətli olmasıdır.
    O, verdiyi sözün vaxtında yerinə yetirilməsinə can atır. İnanıram ki, qardaş dövlətlərin rəhbərlərinin portretlərini çəkərək bu işi layiqincə başa çatdıracaq.
    Minayə Həsənli oxuduğu məktəbin və Uşaq Gənclər İnkişaf Mərkəzinin rəhbərlərinə öz istedadının üzə çıxmasında ona köməklik göstərdiklərinə görə minnətdarlığını bildirir. Lazımi avadanlıqların alınmasında və sərgilərin təşkilində onların köməkliyi danılmazdır.
    Biz də gənc rəssamımızın gələcəkdə öz üzərində mükəmməl işləyərək tanınmış bir rəssam olmasına inanaraq, ona uğurlar arzulayırıq.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 12:07

İsmarıclar bağlıdır.