Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,462
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyn

    Aişə Bayramlı şəhər 1 saylı tam orta məktəbin şagirdidir. O, hələ şagird partasında əyləşsə də, bugündən öz gələcəyini qurmağa çalışır və buna çox gözəl nail olur. Aişənin nailiyyətlərini oxucularımıza onun öz dilindən təqdim edirik.

    Mən 3D oyun dizayneri və sahibkaram. 2023-cü ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 9-cu sinif buraxılış imtahanında 270.1 bal toplayaraq Tərtər üzrə 1-ci oldum. Lakin bundan əlavə bir çox beynəlxalq və yerli müsabiqələrdə iştirak etmiş və qalib olmuşam.
    2021-ci ildə Tərtər-Bərdə-Ağdam rayonlarının ilk ingiliscə gender bərabərliyi mövzusunda tamaşalarında (Drammer) oynamış və fərqlənmişəm. PolyUp Azərbaycan qalibiyəm.
    Qlobal istiləşmə probleminin həll olunması məqsədi ilə layihə hazırlamış və Stanford Universiteti tərəfindən mükafatlan-ırılmışam. Layihəm isə Stanford tərəfindən 2021-ci ilin ən yaxşı layihələrindən biri olaraq elan olunmuşdur.
    Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumuna əsas Tərtər təmsilçisi seçilmiş və forumda iştirak etmişəm.
    Mərkəzi Amerikada yerləşən Let’sMOD şirkətinin məsləhət şurasındakı 2 şagirddən biriyəm. 3 ilə yaxındır ki, Let’s-MOD şirkətində fəaliyyət göstərirəm və Let’sMOD Azərbaycan İcmasının lideriyəm.
    2022-ci ildə keçirilmiş “Global Let’sMOD Competition”un qalibiyəm. Let’sMOD-ı yuxarı səviyyədə bildiyim üçün şirkət tərəfindən onlayn yay düşərgəsinə dünyanın fərqli ölkələrindən şagirdlərə 3D modelləşdirmə, riyaziyyat, dizayn və s. kimi mövzularda ingiliscə dərslər keçmək üçün dəvət olunmuşdum. Həmçinin “2022 Summer Camp” müsabiqəsində dünya üzrə 1-ci yerə layiq görülmüşəm.
    Azərbaycan Beynəlxalq Bankı tərəfindən keçirilən “3rd ABB Hackathon”da CEO-su (Baç İcraçı Direktoru) və həmtəsisçisi olduğum startapla iştirak etmiş və finala qalmış 60+ iştirakçı arasından seçilən qaliblərdən biri olmuşduq.
    “TLF- Technological Future” startapının CEO-su və təsisçisiyəm. Startapım üçün 1000 dollara yaxın maliyyə əldə etmişəm.
    Hazırladığım 3D oyunla “GLC3”də dünya üzrə 2-ci, Azərbaycan üzrə isə 1-ci olmuş və mükafat əldə etmişəm.
    “AWIS-Azerbaijani Women in Science” təşkilatının gənc səfiriyəm.
    Keçən il Tərtər rayon Uşaq Musiqi Məktəbində 7 illik fortepiano təhsilimi uğurla başa vurmuşam.

    Aişə BAYRAMLI

    REDAKSİYADAN:
    Burada Aişə Bayramlının əldə etdiyi uğurların kiçik bir hissəsi öz əksini tapıb. Qeyd edək ki, hələ ötən il Tərtər Rayon İc-ra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov həmyaşıdları ilə birlikdə Aişəni qəbul edərək, onun əldə etdiyi nailiyyətlərlə maraqlanıb və “Təşəkkürnamə” təqdim edib. Söhbət zamanı Aişə bildirdi ki, hər bir yarışmada adı qaliblər sırasında çəkiləndə, ilk növbədə qəhrəman Tərtərimizi düşünür və sonsuz qürur hissi keçirir. Fəxr edir ki, doğma rayonumuzu geniş auditoriyalarda tanıtdırır.

    Müəllif: Redaktor, 12:14

İsmarıclar bağlıdır.