Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,319
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 23İyn

     

     

     

     

     

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Tərtər şəhəri Nizami küçəsində keçirilib.

    Qəbulda YAP rayon təşkilatının və rayon ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, İƏD üzrə nümayəndə, bələdiyyə sədri və şəhər sakinləri iştirak ediblər.

    Rayon rəhbəri möhtərəm Prezident cənab İlham Əliyevin  diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etdiyini və əldə olunan  nailiyyətlərin diqqət mərkəzində olduğunu bildirib. O, iyun ayında Türkiyə prezidenti cənab Rəcəb Tayib Ərdoğanın Azərbaycana rəsmi səfərindən onun qarşılanma və yola salınma mərasimindən də söhbət açıb.

    Sonra şəhərdə aparılan tikinti quruculuq abadlıq işləri haqqında sakinlərə məlumat verib.

    Bildirilib ki, müharibədən dərhal sonra şəhərin müharibədən zərər çəkmiş küçələrinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 288 min kvadratmetr, rayon icra hakimiyyəti tərəfindən isə 77590 kvadratmetr asfalt örtüyü salınıb. Küçələrin istinad divarları müxtəlif  bəzək daşları və aqlaylarla üzlənib, əvvəlkindən  də gözəl olub.

    Hazırda Tərtər şəhərində 5 nömrəli  tam orta məktəb üçün 360 şagird yerlik yeni bina tikilir, şəhərin Heydər Əliyev prospektində, Şıxəli Qurbanov, Mehdi Hüseynzadə, Mahir Əsədov küçələrində geniş təmir işləri aparılır. Küçələrin istinad divarları müxtəlif  bəzək daşları və aqlaylarla üzlənir, səkilərdəki köhnə bardyorlar yenisi ilə əvəz olunur, səkilərə asfalt döşənir, yeni yaşıllıq zolaqları yaradılır, işıq, qaz, telekommunikasiya xətləri qaydaya salınır. Görülən işlər təkcə küçələrin abadlaşdırılması ilə başa çatmır. İllərdir təmir-abadlıq işləri aparılmayan M.Ə.Sabir adına park da yenidən qurulur. Parkda köhnə tamet daşları yenisi ilə əvəz olunur, əraziyə yeni münbit torpaq verilərək   gül kolları və müxtəlif bəzək ağacları əkilir. Parkda qoyulmuş M.Ə.Sabirin büstü və onun satirik əsərlərinin personajlarının heykəlləri təmir-bərpa olunur,  sakinlərin istirahəti üçün  söhbətgahlar təmir olunur, parkın gecə işıqlandırılması üçün yeni işıqlandırma sistemi qurulur, parkın istinad divarları  aqlay və bəzək daşları ilə üzlənir, mühəccərlər təmir olunur, insanların istirahəti üçün şərait yaradılır.

    Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

    Rayon rəhbəri sonra sözü sakinlərə verib.

    Sakinlərindən Xaliq Tağıyev binanın kanazasiya xəttinin təmiri, Solmaz Zeynalova evinin sənədləşidirilməsi və digər şəxsi məsələlər  ilə bağlı müraciət ediblər.

    Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

    Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə   göstərilən diqqət va qayğıya, şəhərdə aparılan təmir-tikinti işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

    Müəllif: Redaktor, 09:03

İsmarıclar bağlıdır.