Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl

    Bu isti yay günlərində kəndlərimizdə işlərin qəzğın çağıdır. Zəmilərin məhsulu biçilir, yoncalıqlar becərilir, pambıq plantasiyalarında bol məhsul uğrunda mübarizə aparılır.
    Rayon üzrə həmişə ön cərgələrdə addımlayan Yuxarı Qapanlı kəndinin sakinləri də indi halal zəhmətin doğurduğu sevinc hissini yaşayırlar.

    Nəzərdə tutulduğundan artıq barama təhvil verilib

    Son illər kənddə gəlirli sahə olan baramaçılığın inkişafı diqqət mərkəzində saxlanılır. Bu məqsədlə çəkil tinglərinin əkilib, becərilməsinə qayğı ilə yanaşılır. Odur ki, cari ildə 12 qutu ipəkqurdundan, bütün lazımi qaydalara əməl edilərək, bol məhsul götürülüb. Belə ki, Yuxari Qapanlı kəndindən qəbul məntəqəsinə 702,5 kq barama təhvil verilib ki, bu da nəzərdə tutulduğundan xeyli çoxdur.

    Kənddə çörək bol olacaq

    Xalqımızın adətidir: taxılın əkilib-becərilməsinə müqəddəs bir iş kimi yanaşılır. Yuxarı Qapanlı kəndinin sakinləri də ötən ilin payızında 265 hektar sahəyə buğda, 199 hektara isə arpa səpmişlər.
    Aqrotexniki tədbirlər məsuliyyətlə və vaxtlı-vaxtında həyata keçirildiyindən, zəmilərdən bol məhsul götürülüb. Belə ki, arpa üzrə hektarın orta məhsuldarlığı 44, buğda üzrə 42 sentner təşkil edib ki, bu da rayon üzrə ümumi göstəricidən çoxdur.

    Sakinlər evlərini sığortalayırlar

    Son illərin iqlim dəyişikliyi təbii hadisələrin sayını xeyli artırıb. Gözlənilmədən baş verən qasırğalar, daşqınlar, güclü yağışlar insanların evlərinə ciddi ziyan vurur, təhlükə törədir.
    Belə bir şəraitdə vətəndaşlara məxsus əmlakın sığortalanması xüsusi əhəmiiyyət kəsb edir. Yuxarı Qapanlı kəndində bu günə qədər “Paşa sığorta” şirkəti tərəfindən 140 ev sığortalanıb. Bu iş davam edir.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:50

İsmarıclar bağlıdır.