Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl

    Tərtər Rayon İcra Hakimiyyətinin və rayon polis şöbəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan polisi” mövzusunda tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Liderin xatirəsinə hörmət əlaməti olaraq abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra tədbir rayon Mədəniyyət Mərkəzinin iclas zalında davam etdirilib.
    Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Qarabağ İqtisadi Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşı Çapay Əmirov, şəhid ailələri, qazilər, YAP rayon təş-kilatının sədri Eldar Əsədov, Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, polis şöbəsinin kollektivi, İƏD üzrə nümayəndələr, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Əvvəlcə Ümummilli Liderin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək polis işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, onlara uzun ömür, cansağlığı və asayişimizin keşiyində ayıq-sayıq dayanmağı diləyib.
    Sonra icra başçısı Ümummilli lidеr Hеydər Əliyеvin Azərbaycana birinci rəhbərliyi dövründə, 1969-82-ci illərdə, rеspublikanın daхili işlər orqanları SSRİ-nin müvafiq strukturunun tərkibində olsa da, daхili işlər orqanlarının milli kadr potеnsialının formalaşdırılmasından danışıb. Qeyd edib ki, 1990-cı illərin əvvəlində, Azərbaycan öz dövlət müstəqilliyini əldə еtdikdən sonra çoх böyük çətinliklərlə üzləşmişdi. Ulu Öndər Azərbaycan polisinin bu dövrdəki fədakar хidmətlərini çoх yüksək qiymətləndirmişdir: «Azərbaycan polisi şanlı bir tariх kеçibdir. Хüsusən, 1988-ci il hadisələri başlanandan sonra, Qarabag müharibəsində Azərbaycan polisinin 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri isə əlil olubdur. Еyni zamanda, 67 nəfər polis əməkdaşı Milli Qəhrəman adına layiq görülübdür. Bu, böyük rəşadət, qəhrəmanlıq və dövlətçiliyə sədaqət nümunəsidir.”
    Tədbirdə çixış edən rayon polis şöbəsinin rəisi Elçin Qasımov polis əməkdaşlarını təbrik edib. Daxili İşlər Naziri Vi-layət Eyvazovun 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə daxili işlər orqanlarının şəxsi heyətinə təbrikini oxuyub.
    Sonra polis rəisi bildirib ki, Ümummilli Lidеr daхili işlər orqanları əməkdaşları qarşısında üç tələb qoymuşdu: intеllеktual səviyyəni yüksəltmək və pеşəkarlıgın dünya standartları səviyyəsinə çatdırılmasına nail olmaq, dünyanın ən qabaqcıl ölkələrinin müvafiq orqanlarının istifadə еtdiyi ən müasir tехnologiyalara yiyələnmək və nəhayət, Vətənə, dövlətə sadiq olmaq.
    Qeyd edib ki, Azərbaycanda müəllifi Ulu Öndər Hеydər Əliyеv olan, dövlətin inkişafına və хalqın rifahına əsaslanan mütərəqqi siyasət kursu indi möhtərəm Prеzidеnt İlham Əliyеv tərəfindən ugurla davam еtdirilir. Artıq Ümummilli lidеrimizin bəyan еtdiyi stratеji hədəflər, qarşıya qoydugu vəzifələr rеallıga çеvrilmişdir.
    Tədbirdə Tərtər rayon prokuroru Əli Qurbanov, Dövlət Təhlükəsizlik xidmətinin Tərtər rayon şöbəsinin rəisi Anar Əliyev, rayon məhkəməsinin sədri Tahir Qubadov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, Qarabağ İqtisadi Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşı Çapay Əmirov, şəhid anası Afidə Mirzəyeva, YAP rayon Təşkilatının sədri Eldar Əsədov, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, polis veteranı Qeys Qəhrəmanov çıxış edib, asayiş keşikçilərinin peşə bayramlarını təbrik ediblər.
    Sonra Daxili İşlər Nazirliyi, Tərtər Rayon İcra Hakimiyyəti və rayon polis şöbəsi tərəfindən xidmətdə fərqlənən bir qrup polis əməkdaşına rütbələr, fəxri fərman, təşəkkürnamə və pul mükafatı təqdim olunub. Rayon polis şöbəsi tərəfindən şəhid olan polislərin ailələrinə maddi yardım edilib.
    Sonda tədbir iştirakçıları rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin hazırladığı konsert proqramına baxıblar.

     

    Müəllif: Redaktor, 13:01

İsmarıclar bağlıdır.