Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 22Avq

    Hər bir kollektiv o zaman ayaq üstə möhkəm dayanır ki, orada savadlı, işi bacaran gənclər yetişirlər. Belələrinə nəinki öz təcrübəni həvəslə öyrədirsən, hətta bəzi hallarda onların özlərindən də öyrənirsən. Çünki həyatımız sürətlə inkisaf edir və təbii ki, bu inkişafın önündə bu gün gənclər gedirlər.
    Bizim kollektivdə də belədir. Qəzetlə bağlı işimizin böyük bir hissəsi gənclərin üzərinə düşür. Onlardan biri Həcər Əsgərovadır.
    Həcər ali təhsilli jurnalistdir. Yazıları oxunaqlı və maraqlı olur. Müxtəlif mövzularda yazır. Hansı mövzunu seçməsindən asılı olmayaraq, hər yerdə öz fikirləri, toxunduğu məsələyə münasibəti olur.
    Həcərin güclü məntiqi, geniş dünyagörüşü, sadə dili oxucunu cəlb edir. Elə buna görədir ki, “Yeni Tərtər”in oxucuları Həcərin imzasına rast gəldikdə, mütləq o materialı oxuyurlar.
    Gənc həmkarımız həm də gözəl dizaynerdir. Keçmiş dövrdə redaksiyalarda bu işi məsul katiblər görürdülər. İndi zaman dəyişib, artıq bu vəzifəyə ehtiyac qalmayıb. Materialların yerli-yerində olmasında, şriftlərin və şəkillərin düzgün seçilməsində Həcər heç də uzun illərin təcrübəsi olan jurnalistlərdən geri qalmır. Əksinə, onun gəncliyə məxsus xüsusi zövqü, kompüterin sirlərinə bələd olması səhifələrin tərtibatına yeni nəfəs gətirir.
    O, gənc olsa da, artıq neçə-neçə kompüterçinin yetişməsində zəhməti olub. Həyatın qanunu budur ki, öyrədən özü də daim öyrənir, insan isə öyrənə-öyrənə püxtələşir, irəliyə doğru addımlayır.
    Kollektivimizin bütün gənclərinə, o cümlədən Həcərə işlərində müvəffəqiyyətlər, şəxsi həyatlarında isə xoşbəxtlik arzulayırıq.

    Svetlana BAĞIROVA
    20 aprel 2012

    Müəllif: Redaktor, 09:24

İsmarıclar bağlıdır.