Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 22Avq

    Jurnalistika elə bir sahədir ki, bəzən ən sa-vadlı qələm sahiblərinin yazıları tez yaddan çıxır, unudulur. Bəs nədəndir ki, 70-ci illərdən bəri Aqil Abbas publisistikası yaşayır, mübarizə aparır, insanları düşündürür? Onun jurnalistlik fəaliyyəti ilə tanış olanda bu sualın cavabı öz-özünə gəlir: Aqil müəllimin yazıları ona görə bu qədər sevilir ki, bunlar canlıdır, bunlarda ürək var, onun özü var, vətənpərvərlik, xalqa, yurda sevgi var. İstedadlı olub irəli getmək mümkündür. Müasir jurnalistikamızda bu cür insanların sayı çoxdur. Ancaq hörmətli həmkarımız Aqil Abbas kimi jurnalistlər, mənə elə gəlir ki, o qədər də çox deyil.
    1976-cı ildə əmək fəaliyyətinə müəllim kimi başlayan Aqil müəllim cəmi bir ildən sonra yolunu dəyişib və jurnalistikanı seçib. Əlbəttə, müəllimlik də pis peşə deyil, lakin Aqil müəllimin ürəyindəki, şüurundakı hisslər, düşüncələr kiçik sinif otaqlarına sığmırdı, bunları bölüşmək üçün o, daha geniş auditoriya axtarırdı. Beləliklə də bu arzuzsu onu “Elm və Həyat” jurnalına gətirib çıxardı.
    Aqil Abbas haqqında yazı yazmağa hazırlaşarkən onun müxtəlif qəzetlərə verdiyi müsahibələrlə tanış oldum və bir fikir diqqətimi cəlb etdi. O deyir ki, “Elm və Həyat” jurnalında fəaliyyətə başladığı ilk günlərdə altı nəfərlik otaqda otururduq. Otaqda səs-küy əlindən durmaq olmurdu.
    Ancaq Aqil müəllim bu səs-küydə kitab yazırdı: “Buranın səs-küyü məndə istənilən şəraitdə yazı yazmaq bacarığını formalaşdırdı. İndi konsertdə də, stadionda da oturub yazı yaza bilərəm”,– deyir Aqil müəllim.
    Mən isə düşünürəm ki, Aqil Abbasın hər cür səs-küydə yazmaq bacarığı o altı nəfərlik otaqdan başlasa da, burada əsas məqam onun hər bir yazı ilə tam yaşaya bilməsidir. Yəni mövzu onun ürəyini, beynini o qədər məşğul edir ki, ətrafda baş verənləri nə görür, nə eşidir. Ümumiyyətlə, əsl qələm sahibinin əlindən çıxan hər bir materialda onun özünün bir parçası olur. Aqil Abbasın da publisistikası belədir.
    Müxtəlif tədbirlərdə hörmətli həmkarımızı çox görmüşəm. Ancaq ən çox xatırladığım Vətən müharibəsindən bir neçə il əvvəl rayonumuzdakı Heydər Əliyev Mərkəzində keçirilən görüşdür. O zaman Aqil Abbas mövcud vəziyyətdən elə açıq, cəsarətlə, elə dəqiq danışdı ki, mən göz yaşlarımı güclə saxla-dım. İstədim çıxış edim, Tərtərdə ermənilərin başımıza gətirdikləri müsibətlərdən, evlərimizi, övladlarımızı atəşə tutma-sından danışım, qorxdum ki, ağlayaram. O zaman isə kövrəlməyə haqqımız yox idi. Çünki Qarabağ savaşında bizim hər birimiz bir əsgər idik. İndi sevincdən ağlaya bilərik. Yığıncaqdan dərhal sonra “Danışa bilmədim” məqaləsini yazıb, “Ədalət” qəzetinə göndərdim və həmin məqalə dərc olundu.
    90-cı illərdən bəri Aqil Abbas publisistikası dəyişdi və yeni məna kəsb etdi. O, sadəcə olaraq yazmır, o yazır və qələmə aldıqlarının həyata keçməsinə nail olurdu. O, düşməni ifşa edir və bunu yalnız öz oxucularımıza deyil, dünyaya göstərirdi. Qarabağ mövzusu, Vətən sevgisi Aqil Abbas yaradıcılığının ana xəttidir və bu gün biz onu işğaldan azad edil-miş ərazilərdə görəndə, ürəyimiz fərəhlə döyü-nür.
    Bu günlərə çox şükür. Çox şükür ki, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bizlərə bu Zəfər sevincini yaşatdı. Xalqımızın 30 illik arzuları çin oldu.
    Arzu edirik ki, bundan sonra Aqil Abbas qələmi Qarabağın xoş günlərindən, Vətənə qayıdışdan yazsın.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 09:40

İsmarıclar bağlıdır.