Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 22Avq

    Laçın rayonunun Şamkənd Sovetliyinin Nardalı kəndinin sakini Arif İbadovla söhbət edirəm. Doğma kəndi, onun insanları haqqında elə məhəbbətlə danışır ki, onunla birlikdə mənim də gözlərim önündə o yerlərin gözəlliyi canlanır, sanki o bulaqların suyunun sərinliyini hiss edirəm. Ən əsası isə, yurdunu ürəkdən sevən, sona qədər onun keşiyində daya-nan, lakin sonda özündən asılı olmayan səbəblərə görə kəndi tərk etmək məcburiyyətində qalan və 30 ildən artıq bir müddətdə bu ağrını ürəyində daşıyan bir insanı görürəm qarşımda.
    Bu gün isə o çox sevinclidir.
    Arif İbadovun söhbətindən:
    –1970-ci ildə dünyanın ən gözəl guşəsi saydığım Nardalıda doğulmuşam. Ailədə 6 uşaq idik, 3 qardaş, 3 bacı. Atam Əhliyyat kəndimizin qarajında mexanik işləyirdi, anam Gülsəba isə evdar qadın idi. Hər ikisi zəhmətkeşiydi, bizə heç nədən korluq verməzdilər. Odur ki, dolu ev-eşiyimizi, rahat dolanışığımızı qoyub kənddən çıxanda, çox əziyyətlərlə üzləşdik.
    Laçınlı qonağımız onu da söylədi ki, rayonun işğalı onun həyatının gənclik illərinə təsadüf etdiyi üçün, bu dövr xüsusilə ağrılı oldu. Axı, Sovet Ordusu sıralarında hərbi xidmətini başa vurub qayıtdıqdan sonra məlum oldu ki, onun ailəsinin, doğmalarının, bütün azərbaycanlıların dincliyini pozan, qırğınları törədənlər ermənilərə havadarlıq edən elə bu ordunun əsgərləridir. Arif əlinə silah alıb könüllü kimi kəndini qorudu.
    İşğaldan sonra böyük ailəmizdən hərə bir yana səpələndi, – deyir Arif İbadov. – Mən özüm isə Tərtər rayonunun Əskipara kəndində məskunlaşdım. 2006-cı ildə isə atam laçını görmədən dünyasını dəyişdi və bu, hər birimiz üçün böyük dərd oldu.
    Bütün laçınlılar kimi həmsöhbətimiz də doğma yerlərə qayıdacaqları günü səbirsizliklə gözləyir. O deyir:
    – Bir il əvvəl gedib doğma kəndimizi gördüm. Yağılar Nardalını pis günə qoyublar. O gözəl kənddən cəmi üç ev qalıb, o da uçuq-sökük. Ancaq bağımızda əkdiyimiz ağaclardan qalanı var. Mən 7-ci sinifdə oxuyanda 10 ədəd alma ağacı əkmişdim. Onlardan 7-si durur.
    Bəli, Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasət tezliklə digər qaçqın-köçkün soydaşlarımız kimi, laçınlıların da həsrətinə son qoyacaq. Bu günü hər kəs səbirsizliklə gözləyir.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 09:48

İsmarıclar bağlıdır.