Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 22Yan

    nuvarMəmməd Aslan, arzularım çin oldu,

    Dədə Şəmşir ada saldı dağları.

    Xəyalım dolandı yal-yamacları,

    Buz bulaqlar dada saldı dağları.

     

    Nisgil-nisgil gah coşdun, gah çağladın,

    Gedişinlə sinəmizi dağladın.

    O dağları hönkür-hönkür ağladın

    Çən-dumana səda saldı dağları.

     

    Heyrət edir dostluqdakı bu sirrə.

    Min-min rəhmət sənin kimi şairə,

    Nə zamandı həsrət idim Şəmşirə.

    Hər bir sözün yada saldı dağları.

     

    Hər fəsildə dağlar dağımdı mənim,

    İndi qəmlər qəm otağımdı mənim.

    Dindirməyin, yaman çağımdı mənim,

    Bu ayrılıq oda saldı dağları.

     

    Meh qurutsun gözlərimin yaşını,

    Qucaqlayım torpağını, daşını,

    Nübar, dağla ürəyinin başını,

    Düşmən bizdən cüda saldı dağları.

     

    Dağların mərd aşığı,

    El-oba, yurd aşığı.

    Yağı didərgin saldı,

    Öldürdü dərd aşığı.

    Nubar Mədətli

    Müəllif: Redaktor, 09:08

    Teqlər:

İsmarıclar bağlıdır.