Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 22Avq

    Onlar avqust ayında doğulmuşlar

    Ələsgərov Habil Rəşid oğlu

    1967-ci il avqust ayının 22-də Tərtər rayonunun Köçərli kəndində anadan olmuşdur. Orta təhsilini Qaraqoyunlu kənd orta məktəbində aldıqdan sonra 1985-1987-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Qarabağ uğrunda müharibə başlanan vaxt rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına səfərbər edilir. 1993-cü ilin iyul ayından 703 saylı hərbi hissədə xidmət etməklə Ağdərə rayonunun ərazisində gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü il fevral ayının 14-də Ağdərə ərazisində gedən döyüşdə həlak olmuşdur. Köçərli kənd qəbiristanlığında dəfn olu-nub.
    Evli idi. Sənan adlı bir oğlu və Vüsalə adlı bir qızı var. Övladları ailəlidirlər. Ailəsi Tərtər rayonunun Köçərli kəndində yaşayır.

    Qarayev Mehman İlyas oğlu

    1971-ci il avqust ayının 20-də Tərtər rayonunun Qaraağacı kəndində anadan olub. Orta təhsilini həmin kənd orta məktəbində alıb. 1989-1991-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra yaşadığı kənddə öz kolxozlarında sıravi işlərdə işləyirdi. Qarabağ uğrunda müharibə başladıqdan sonra Milli Ordu sıralarına təkrar hərbi xidmətə çağırılmışdı. 703 saylı hərbi hissənin tərkibində Tərtər batalyonunun əsgəri kimi Ağdərə bölgəsində döyüşə başlamışdı. 16 avqust 1992-ci il tarixdə keçmiş Ağdərə rayonunun Sərsəng su anbarı yaxınlığında Turbaza adlanan yerdə gedən vuruşmada şəhid olub. Qaraağacı kənd qəbiristanlığında dəfn edilib. Qaraağacı kənd tam orta məktəbinə Mehman Qarayevin adı verilib.
    Subay idi. Valideynləri Tərtər rayonunun Qaraağacı kəndində yaşayır.

    Quliyev Vidadi  Hüseyn oğlu

    ­­­­1972-ci il avqust ayının 4-də Tərtər rayonunun Sarov kəndində anadan olub. Həmin kənddə orta məktəbi bitirib.1990-cı ilin noyabr ayından 1992-ci ilin əvvəlinədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. SSRİ-nin dağılması ilə əlaqədar olaraq Sovet Ordusu sıralarından qayıtdıqdan sonra erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün Milli Orduya daxil olub. 703 saylı hərbi hissədə Tərtər batalyonunun tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib. 1992-ci il noyabr ayının 17-də Ağdərə bölgəsinin Vəng kəndi ərazisində gedən döyüşlərdə şəhid olub. Həmin gün onun cəsədini döyüş yerindən götürmək mümkün olmamışdı. Digər 13 nəfərlə birlikdə 2 ay sonra, 17-18 yanvar 1993-cü il tarixdə bu ərazi düşməndən azad edildikdən sonra, onun cəsədi oradan götürülüb doğma kəndə gətirilib orada torpağa tapşırıldı. Sarov kənd qəbiristanlığında dəfn edilib.
    Subay idi. Valideynləri Tərtər rayonunun Sarov kəndində yaşayırlar.

     

     

    Müəllif: Redaktor, 10:20

İsmarıclar bağlıdır.