Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 22Avq

    Respublikamızda hər bir sahədə olduğu kimi mətbuatın inkişafında da Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri vardır. Bu dahi şəxsiyyət hakimiyyətə gəldiyi gündən etibarən Azərbaycan mətbuatının inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərə qayğı göstərilməsi istiqamətində mühüm addımlar atıb. Sovetlər dönəmində onun rəhbərliyi altında Azərbaycan mətbuatı böyük tərəqqi yoluna qədəm qoyub.
    Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan mətbuatında yeni səhifələr açılıb. Həmin vaxt respublikada söz və mətbuat azadlığının, demokratiyanın təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə imkan yaradılması üçün ciddi tədbirlər həyata keçirilib.
    Heydər Əliyevin başçılığı altında müstəqil Azərbaycan Respublikası Konstitusiyası qəbul edildikən sonra ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət elan edilməsi bu sahədə mühüm əhəmiyyət kəsb edib. Azərbaycan Konstitusiyasının 50-ci maddəsinə əsasən ölkədə məlumat azadlığının tətbiq edilməsi jurnalistikanın fəaliyyətinin genişləndirilməsinə, jurnalistlərə dövlət diqqət və qayğısının gücləndirilməsinə ciddi təkan verib. Belə bir şərait respublikamızda ənənəvi media orqanları ilə yanaşı, ilk internet-media nümunəsi yaradılmasına da geniş imkanlar açıb.
    Ulu Öndər Heydər Əliyevin milli mətbuatımıza xidmətlərindən biri də 1999-cu ildə “Kütləvi İnformasiya vasitələri haqqında” Qanunun təsdiq edilməsi hesab olunur. Bu mühüm sənəddə respublikada yeni mətbuat orqanlarının yaradılması prosesi xeyli asanlaşdırılıb. “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün “Tədbirlər Proqramı”nın təsdiq olunması da mətbuatın inkişafında xüsusi önəm daşıyıb. Bu istiqamətdə qəbul edilmiş digər qərar və qanunlar, vətəndaş müraciətlərinə baxılması, informasiyaların mühafizəsi radio-televiziya yayımları, xüsusilə İctimai Televiziyanın yaradılması KİV-lərin fəaliyyətinin genişləndirilməsində önəmli hadisə kimi diqqəti çəkib.
    Ümummilli Lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan milli mətbuatı yubileylərinin ölkədə qeyd edilməsi haqqında” Fərman dövlət-mətbuat münasibətlərinin möhkəmləndirilməsində həlledici rol oynayıb. Mətbuata göstərdiyi yüksək diqqət və qayğıya görə Ulu Öndər 2002-ci ildə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.
    2003-cü il martın 15-də Azərbaycan Jurnalistlərinin 1-ci qurultayında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Mətbuat Şurasının yaradılması əlamətdar hadisə kimi yaddaşlarda həkk olunub. Ölkə jurnalistlərinin təsis etdikləri sözügedən qeyri-hökumət təşkilatı fəaliyyətə başladığı ilk gündən indiyə kimi respublikada kütləvi informasiya vasitələrinin işinin canlandırılmasında, səmərəliliyinin artırılmasında mühüm rol oynayıb.
    Ulu Öndər respublikamızın bölgələrində fəaliyyət göstərən mətbu orqanlara da dəstək və qayğını daim diqqət mərkəzində saxlayıb. Onun rəhbərliyi altında sovetlər dönəmində və müstəqillik illərində bölgə qəzetləri öz fəaliyyətlərini daha da genişləndirib, yaradıcılıq uğurlarına imza atıblar.
    Dahi rəhbər tərəfindən atılan bu böyük addımlar Azərbaycan mətbuatının dünya mətbuatına inteqrasiyasını, jurnalistika sahəsində yeni-yeni nailiyyətlər əldə edilməsini sürətləndirib.
    Bu gün əminliklə deyə bilərik ki, Ulu Öndərin tarixi xidmətləri sayəsində Azərbaycan mətbuatı dünya media arenasında qabaqcıl yerlərdən birini tutur, sayılıb-seçilir.

    Yəhya Paşazadə,
    Ağcabədi

    Müəllif: Redaktor, 10:52

İsmarıclar bağlıdır.