Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Avq

    TƏMİR İŞLƏRİ YEKUNLAŞIR

     

     

     

     

     

     

    “Bilik Günü”nə sayılı günlər qalıb. İndi hər bir məktəbdə son hazırlıq işləri yekunlaşmaq üzrədir.
    Mehman Hətəmov adına Köçərli kənd tam orta məktəbində də şagirdləri səliqə-səhmanlı sinif otaqları gözləyir.
    Məktəbin direktoru Elnur Ələkbərov deyir:
    –Məktəbimiz 1970-ci ildə ibtidai təhsil ocağı kimi fəaliyyətə başlayıb. 2002-ci ildən tam orta məktəbdir. Yeni dərs ilində burada 245 şagird təhsil alacaq. Onu da qeyd etmək istəyirəm ki, builki məzunlarımızdan 2 nəfər yüksək bal toplayaraq universitetlərə qəbul olub.
    Məktəb binasının təmiri ilə “Elnur-2” tikinti şirkəti məşğul olur. Belə ki, burada cari təmir işləri aparılıb. Döşəmə və tavan dəyişdirilib, qapı və pəncərələr yenisi ilə əvəz olunub, elektrik sistemi qismən bərpa edilib. Sinif otaqları rənglənərək səliqəyə salınıb. Binanın dam örtüyündə də müəyyən bərpa işləri aparılıb.
    * * *
    Elnur Muradov adına Hacıqərvənd kənd tam orta məktəbində də təmir işləri yekunlaşır, təmizlik və səliqə-səhman yaradılır.
    Məktəbdə əhval-ruhiyyə çox yüksəkdir. Builki məzunlardan 10 nəfər tələbə adını qazanıb.
    * * *
    Cari ildə 100 illiyini qeyd edəcək Aslan Kərimov adına ümumi orta məktəbdə bayram əhval-ruhiyyəsi hökm sürür. Aparılan cari təmir işləri yekunlaşıb. Məktəb yeni müasir görkəm alıb. Müəllim və şagird kollektivi məktəbə gələcəyi günü səbirsizliklə gözləyir.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 08:43

İsmarıclar bağlıdır.