Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Avq

    Sakinlər işlə təmin olunurlar

    Bu kəndə qayıdış 16 mart 2023-cü ildə baş tutub. Bu zaman Talışa 20 ailə, 90 nəfər köçürülüb. Kənd sakinləri yeni evlərlə təmin olunublar, həmçinin onlar üçün rahat infrastruktur yaradılıb, məktəb, uşaq bağçası, ictimai icma mərkəzi tikilib, tibb mərkəzi müasir avadanlıqlarla təmin olunub. Yeniliklərdən biri də müasir üslubda salınmış parklar və burada günəş enerjisindən istifadə olunmasıdır, həmçinin kənd yolları da rahatdır.
    Kəndin ilk qonağının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin olması sakinlər arasında yüksək əhval-ruhiyyə yaradıb.
    Talış kəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 7 ailəyə – hər ailəyə 3 heyvan və 1 ton yem verilib. Bundan əlavə, 1 ailəyə arıçılıqla məşğul olmaq üçün hər cür avadanlıq və arı ailələri çatdırılıb.
    Həmçinin, kənddə 31 nəfər işlə təmin olunub. Bunlardan 8-i sosial işlərdə, 23-ü isə təhsildə və digər sahələrdə çalışır.
    Bu günlərdə Talış kəndindən daha bir şad xəbər almışıq. Anar və Türkan Camalovların ailəsində yeni övlad – Zəhra dünyaya gəlib. Zəhra Böyük Qayıdışdan sonra Talışda dünyaya gələn ilk körpədir. Biz də Zəhra balamıza arzu edirik ki, qədəmləri uğurlu və xeyirli olsun!

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:00

İsmarıclar bağlıdır.