Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Avq

    Qədim yurd yerlərimizə sahib çıxmalıyıq

    Tərtər rayonunun Təzəkənd kəndində dünyaya göz açmışam, ancaq dədə-baba yurdum Qərbi Azərbaycandır. Təzəkənd 1953-cü ildə Basarkeçər rayonunun Bala Məzrə kəndindən deportasiya edilmiş insanlar tərəfindən salınıb.
    Atam Ədil Məmmədov, anam Güləbatın, bacılarım Nazlı, Bəsti, Məmləkət Bala Məzrədə doğulub, orada yaşamışlar. Bu kəndin hər daşında, qayasında ulu babalarımızın, nənələrimizin izləri var, lakin Sovet imperiyasının ermənipərəst rəhbərlərinin tarixin izlərini kobudcasına itirmək cəhdləri bizim ailəni də öz isti ocağından didərgin saldı.
    Digər bacı və qardaşlarım – Səfər, Qafar, Cəlil, Zöhrab, Telli və mən Tərtər rayonunda dünyaya gəlsək də daim o yerlərin həsrəti ilə yaşamışıq. Böyüklərin söhbətlərindən, uzun qış axşamlarında onların Bala Məzrə barədə danışıqlarından aydın olurdu ki, valideynlərim üçün bu ayrılığa dözmək çox çətin idi.
    Ailəmizə Qaradağlı kəndinin üst tərəfində – taxıl əkilən sahədə 0.25 hektar torpaq sahəsi və ev tikmək üçün 18000 rubl kredit verilmişdir. Təxminən 90 ailə özünə çiy kərpicdən 2 gözdən ibarət ev tikmişdir, o cümlədən bizim ailə.
    Həmin evlər tədricən sökülmüş, yerində mişar daşından yaraşıqlı evlər inşa olunmuşdur. Ailələr də tədricən böyüyüb. Hazırda burada 146 təsərrüfat var. Həmin ərazi Təzəkənd adlanır.
    Ailə üzvlərindən Ədil, Güləbatın, Nazlı, Məmləkət uzun müddət kolxozda işləmişlər. Digərləri Səfər, Qafar, Cəlil, Bəsti ali təhsil alaraq müxtəlif sahələrdə çalışıblar. Səfər uzun müddət məktəb direktoru, Qafar dövlət qulluqçusu olub, Bəsti müəllimdir. Cəlil hazırda Qida Təhlükəsizliyi Agentliyində, Zöhrab gəmidə işləyir.
    Mən özüm uzun müddət RİH-də sürücü işləmişəm. 4 övladımın hamısı ailəlidir, 7 nəvəm var. İctimai işlərdə də həmişə fəal olmuşam. Hazırda 33 saylı Təzəkənd seçki məntəqəsində komissiya üzvüyəm.
    Atam Ədil Məmmədov Böyük Vətən müharibəsi iştirakçısı idi. Son nəfəsinə kimi Bala Məzrəni unutmadı.
    Bu gün Qərbi Azərbaycan icmasının geniş fəaliyyəti hər birimizin ürəyindən xəbər verir. Bu işdə fəal olmağımız çox vacibdir. Erməni saxtakarlığını ifşa edərək qədim yurd yerlərimizə sahib çıxmalıyıq.

    Əmir Məmmədov,
    Təzəkənd kəndi

     

     

    Müəllif: Redaktor, 10:20

İsmarıclar bağlıdır.