Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Avq

    Bildiyimiz kimi hər 2 rayon – Cəbrayıl və Füzuli eyni tarixdə – 1993-cü il avqustun 23-də işğal olunmuşdu. Ərazisi 1050 kv. km, əhalisi isə 60 minə yaxın olan Cəbrayıl işğal olunanda rayona 14 milyon dollardan çox ziyan dəymişdi. Erməni işğalçıları ilə olan döyüşlərdə 180 nəfər həlak olmuşdu. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişmişdi, 90 nəfərə yaxın isə əsir və itkin düşmüşdü.
    Eynən Füzuli rayonu da 23 avqust 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal edilmişdi. Füzuli rayonu müharibə zamanı 1100-dən çox şəhid vermişdi, 1450 rayon sakini isə əlil olmuşdu.
    Torpaqlarımızın işğalından uzun illər ötmüşdü və biz torpaqlarımıza qayıdacağımız günü səbirsizliklə gözləyirdik. Nəhayət, o gün gəlmişdi. 2020-ci il sentyabrın 27-si Cəbrayıl rayonunun Böyük Mər-canlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi– Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal azad edilib. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə Cəbrayıl şəhəri və 80 kənd işğaldan azad edilmişdi. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Azərbaycan Ordusu yarımçıq qalan işi 2020-ci ildə uğurla reallaşdırdı. Cəbrayıl bütövlükdə azad edildi.
    Füzuli əməliyyatı da Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərindən biri idi. Oktyabrın 16-dan 17-nə keçən gecə şəhər uğrunda şiddətli döyüş baş verdi. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazini tərk etmək məcburiyyətində qaldı. Nəticədə Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşiqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad edildi.
    Məlum olduğu kimi torpaqlarımız 30 ilə yaxın düşmən tapdağı altında qalmışdı. Azərbaycanın tarixi torpaqlarında müxtəlif cinayət aktları həyata keçirilib, milli mədəni irsimizə qarşı təcavüz törədilmişdi. Xalq-İqtidar-Ordu birliyi nəticəsində cəmi 44 gün ərzində azad edilən torpaqlarımız sözün bütün mənalarında cənnətə çevrilir.
    Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Füzuli və Cəbrayılda bərpa-tikinti-quruculuq işləri yüksək səviyyədə həyata keçirilməkdədir. Qısa müddət ərzində təhvil verilən layihələrdən biri də Füzuli Beynəlxalq Hava Limanıdır.
    Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə 2021-ci il oktyabrın 26-da açılışı baş tutan Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub.
    Bu quruculuq işləri işğaldan azad edilmiş bütün torpaqlarımız kimi Cəbrayılda da baş tutmuşdur. İnsanların öz doğma yurd-yuvalarına qayıdaraq yaşaması və işləməsi üçün lazımi infrastrukturun yaradılması üçün ciddi tədbirlər görülür.
    Tarix boyu ermənilərin vəhşicəsinə hücumlarına görə əhalimiz çox çətin günlərdən keçsə də bu gün həmin tarixləri sevinc göz yaşlarımızla yadımıza salırıq. Çünki artıq torpaqlarımız azaddır və bizlər bu azadlığımıza görə Ali Baş Komandanımız İlham Əliyev cənablarına və məğrur Ordumuza borcluyuq.

    Həvva Nuruzadə,
    BSU-nun 2-ci kurs tələbəsi

    Müəllif: Redaktor, 10:35

İsmarıclar bağlıdır.