Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Avq

    Tərtər Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının təşkilatçılığı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş qazi və şəhid ailələrinin üzvləri üçün sosial tibbi aksiya keçirilib.
    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev aksiyada çıxış edib. Mərkəzi Gömrük Hospitalının yüksək ixtisaslı mütəxəssisləri tərəfindən 200-ə yaxın qazi və şəhid ailəsi üzvlərinin müayinəsi həyata keçirilib. Onların müayinəsi və müalicəsi üçün müasir tibbi avadanlıqlarla təchiz olunmuş mobil hospital və geniş çeşiddə dərmanlardan istifadə edilib.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Tərtərdə keçirdiyi tibbi aksiya da bu qəbildəndir.
    Milli Məclisin deputatı Sahib Alıyev tibbi aksiyanın əhə-miyyətini yüksək qiymətləndirib, təşkilatçılara təşəkkürünü bildirib.
    Qeyd edək ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının təşkilatçılığı ilə Tərtər rayonunda keçirilən tibbi sosial aksiya işğaldan azad edilmiş Talış kəndində davam etdirilib.
    Sonda aksiya iştirakçılarına Tərtər Rayon İcra Hakimiyyətinin təşəkkürnamələri təqdim edilib.

     

    Müəllif: Redaktor, 11:06

İsmarıclar bağlıdır.