Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Okt

    RƏFİQƏLƏR

    Hər gün redaksiyamızın poçtuna xeyli oxucu məktubu daxil olur. Ünvanımıza gələn müxtəlif xarakterli məktubların əksəriyyətində əldə olunan nailiyyətlərin mənbəyi, nöqsanların yaranma səbəbləri yenidənqurmanın tələbindən irəli gəlir. Həyata açıq gözlə baxmağı bacaran, işgüzar, qəzetə marağı olan ştatdankənar müxbirlərin məktubları fəaliyyətimizi daha da canlandırır, bizə günün nəbzini tutmaqda, mühüm problemlər qaldırmaqda kömək edir.
    Bu yazıda mən qəzet səhifələrində rəngarəng yazıları ilə çıxış edən ştatdankənar müxbirlərimiz Rəna İsmayılova və Məryəm Nuriyeva haqqında söz demək istəyirəm. Rəfiqələrin hər ikisi Sarov kəndində yaşayır. Həmin kənddə də orta məktəbi bitiriblər. Engels adında kolxozda işləyirlər. Zəhmət meydanında etimadı doğruldurlar. Komsomolçu adına layiq işləyir və yaşayırlar. Ali təhsil almaq üçün bəxtlətini sınayırlar. Hər ikisinin məqsədi jurnalist olmaqdır. İşlərini S. M. Kirov adına ADU-nun jurnalistika fakültəsinə verəcəklər.
    Bu rəfiqələr bir-birini doğma bacı qədər istəyir, birlikdə işə gedir, həm də imtahana hazırlaşırlar. İsdən sonra, istirahət günlərində təsərrüfatın müxtəlif sahələrində olur, xidmət müəssisələrinin işi ilə maraqlanır, kimsəsiz qocalara kömək göstərirlər. Bir sözlə, olduqları yerlərdən faktlar götürür, onların üzərində işləyir, çox vaxt qoşa imza ilə yazdıqları materialları redaksiyaya göndərirlər. Son aylar göndərdikləri “Novruz ümumxalq bayramıdır”, “Bizim fikrimizcə “, “Müşviqlə yaşayanlar…” sərlövhəli və s. materiallar qoşa imza ilə dərc olunmuşdur. Rəfiqələr şeir də yazırlar. R. İsmayılovanın “Bənövşə” şeiri ümidvericidir. Mətbuat səhifəsində çıxan günün səhəri bir neçə yerdən zəng vurub Rənanın şeiri haqqında xoş sözlər dedilər.
    Onlar yazılarını rəvan və sadə dildə yazır, faktların zənginliyinə xüsusi fikir verirlər. Redaksiya ilə müntəzəm əlaqə sax-layır, məsləhətlər alırlar.
    Mətbuat günü münasibətilə rəfiqələri, onların şəxsində bütün həvəskar müxbirləri təbrik edir, onlara yaradıcılıq uğurları arzulayırıq. Qoy qələmləri iti, sözləri kəsərli olsun.

    Y. İbrahimov,
    4 may 1989-cu il
    “Qızıl Bayraq”qəzetindən

    Müəllif: Redaktor, 09:44

İsmarıclar bağlıdır.