Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Okt

    Heydər Əliyev və Azərbaycan mətbuatı

    1875-ci ildə ”Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ilk dəfə olaraq Ümummilli Lider Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanı ilə birdəfəlik senzuradan azad edildi. Beləliklə də azad sözün rolunu həmişə yüksək qiymətləndirən Ulu Öndər milli mətbuatımızın inkişafında yeni mərhələnin başlanğıcını qoydu.
    Həmin fərmana əsasən, Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edildi.
    Sonrakı dövrdə qəbul edilən qanunlara əsasən ölkədə söz və mətbuat azadlığının hüquqi bazası daha da möhkəmləndi.
    Ulu Öndər Heydər Əliyevin KİV-lərin inkişafı sahəsində atdığı addımların nəticəsi kimi mətbuatın maddi-texniki bazası möhkəmləndirildi, qəzet və jurnallara bir sıra güzəştlər edildi.
    Azad sözün təmin olunmasında tutduğu mövqeyinə və xidmətlərinə görə Heydər Əliyev 2001-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür.
    2003-cü il martın 15-də Azərbaycan Jurnalistlərinin I qurultayında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Mətbuat Şurasının yaradılması mətbuat işçilərinin həyatına bir sıra dəyişikliklər gətirdi. Qeyd edək ki, məhz Mətbuat Şurasının yaradılmasından sonra bölgə qəzetlərinin həyatında da canlanma baş verdi və 2005-ci ildə, yeddi il-lik fasilədən sonra Tərtər rayon qəzetinin də nəşri bərpa olundu.
    Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yolla inamla addımlayan Azərbaycan mediasının ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasında, şanlı tariximizin, şəhid və qazilərimizin həyatının, eləcə də Qarabağda aparılan bərpa-quruculuq işlərinin işıqlandırılmasında müstəsna xidmətləri var.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 10:02

İsmarıclar bağlıdır.