Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Okt

    Sentyabrın 29-da Ağdərə döyüşlərinin iştirakçısı, igid əsgər, ömrünün baharında – 19 yaşında əbədiyyətə qovuşmuş Muxtarov Arif Aqil oğlunun anım günü idi.
    Həmin gün ailəni ziyarət etdik. Atası Aqil kişinin, Sənubər ananın Ariflə bağlı söhbətlərini dinlədik. Qeyd edək ki, Arif yaddaşlarda əbədi olaraq 19 yaşlı gənc kimi yaşayır və indi bu ailədə onun qardaşının övladı – əmisinin adını qürurla daşıyan Arif böyüyür. Ümumiyyətlə, Sənubər ana deyir ki, nəvələrinin hamısı həm məktəbdə, həm də təhsil aldıqları universitetlərdə, kollecdə qazandıqları uğurları, nümunəvi davranışları, ictimai fəallıqları ilə seçilirlər. Onların əmisi bu Vətən üçün canından keçib, indiki gənclərin borcu isə hər zaman xalqa layiqincə xidmət etmək, ölkəmizin şöhrətini daha da artırmaqdır.
    Yaşadığımız tarixi günlərdə, Qarabağın erməni separatçılarından təmizləndiyi bir dövrdə Sənubər ananın da deməyə sözü çoxdur:
    –Erməni cəlladlarının bir-bir tutularaq Azərbaycanın haqq-ədalət məhkəməsinə təhvil verilməsi şəhid ailələri üçün bir təsəllidir. Çünki düşmənin heç zaman insanlıqdan xəbəri olmayıb. Mənim balam onların apardıqları müharibədə döyüş meydanında şəhid oldu, özümə isə elə evimin içində düşmənin atdığı artilleriya mərmisinin qəlpələri dəydi, ağır yaralandım. Bunun nəticəsində sağlamlığımı itirdim. Hələ də həmin qəlpələri bədənimdə daşıyıram. Ancaq xəbərlərdə baxırdım, bizim Ordumuzun apardığı son antiterror əməliyyatı nəticəsində Qarabağın erməni əhalisi-nə ziyan dəymədi, bizimkilər onları hədəfə almadılar.
    Bu gün Ağdərə, Xankəndi, Xocalı. Xocavənd erməni terrorçularının özlərinə xas şəkildə qoyub getdikləri minalardan, qumbaralardan, digər silahlardan təmizlənir. O torpaqlara, o yollara qanuni sahiblərinin ayaqları dəyir. Təmizləmə işləri başa çatandan sonra şəhid ailələri də övladları uğrunda can verdikləri yerləri görə biləcəklər.
    Çıldıran kəndi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Arif Muxtarovun doğmaları da bu arzu ilə yaşayırlar.

    “YENİ TƏRTƏR”

    Müəllif: Redaktor, 10:45

İsmarıclar bağlıdır.