Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Okt

    Yubileyi əmək nailiyyətlərilə qeyd edirlər

    Tərtər Bölgə Təcrübə Stansiyası 1933-cü ildən dənli bitkilərin yeni məhsuldar sortlarının alınması üçün elmi idarə olaraq yaradılmışdır.
    2022-ci ilin iyun ayından stansiyaya Rəşad Familzadə rəhbərlik etməyə başlayıb. Onun rəhbərliyi altında stansiyada işlər daha da canlanıb.
    Qəsəbənin ümumi ərazisi 657 hektardır. Bundan 529 hektarı əkin sahəsidir. Bölgə Təcrübə Stansiyasında üç şöbə fəaliyyət göstərir: Seleksiya, toxumçuluq, aqrotexnika. Seleksiya şöbəsinin vəzifəsi yeni məhsuldar dənli bitki sortlarının alınmasından ibarətdir.
    Toxumçuluq şöbəsi, seleksiya şöbəsində alınan məhsuldar sortlatın toxumunu artıraraq, taxılçılıqla məşğul olan fermerləri toxumla təmin edir. Aqrotexnika şöbəsi bütün aqrotexniki tədbirlərin tətbiqi ilə məşğuldur.
    Yüksək məhsul almaq üçün biçindən sonra sahələr şumlanıb dincə qoyulmuşdur. Səpinqabağı şumlar dırmıqlanıb, ütülənib səpinə hazır vəziyyətə gətirilmişdir. Səpin qısa və çox yüksək səviyyədə aparılmışdır. Torpaq suyu vaxtında verilmişdir. Sahələr yamyaşıl dona bürünmüşdür. Bütün aqrotexniki tədbirlər vaxtında yerinə yetirilmişdir. Alaqlarla mübarizə, yemləmə kübrələrinin, vegetasiya sularının vaxtında verilməsi sayəsində zəmilərdə yüksək məhsul yetişdirilmişdi. Biçin kampaniyasına hazırlıq aparılmış, kombaynlar, taxıldaşıyan texnika vaxtında təmir olunmuş, anbarlarda dezinfeksiya aparılmışdır. Biçin mövsümü başa çatan- tək anbarlarda toxumtəmizləmə işlərinə başlanılmışdır. Hal-hazırda ikinövbəli sistemlə toxumtəmizləmə işi davam etdirilir. Onu da qeyd etmək istəyirəm ki, stansiyada aparılan bütün işlər rayon rəhbərliyinin diqqət mərkəzindədir. Belə ki, may ayında taxılçılıqla məşğul olan fermerlərin seminarı, iyun ayında Elmi Konfransı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rəhbərliyi ilə həyata keçirilib.
    Qəsəbədə Çin Respublikasından gətirilmiş kənd tə-sərrüfatı texnikası ilə əkin, səpin və suvarma işləri üzrə təcrübə aparılır.
    Hörmətli oxucular, respublikamızın hər yerində olduğu kimi stansiyamızda da böyük inkişaf var.
    Bölgə Təcrübə Stansiyasının rəhbərliyinə, fəhlə və qulluqçularına yeni təsərrüfat ilində yeni-yeni uğurlar diləyirəm.
    Səttar Muradov, 88 yaşlı əmək veteranı

    Müəllif: Redaktor, 13:00

İsmarıclar bağlıdır.