Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Okt

    Bu iş əsl fədakarlıq tələb edir

    XIX əsrin 80-cı illərində Avropanın əksər ölkələrində elektrik enerjisi olmadığı halda, Azərbaycanda elektrik enerjisinin mövcudluğu bütün dövrlərdə xalqımızın bu sahəyə böyük maraq göstərməsinin bariz nümunəsidir. Sovet hakimiyyəti illərində də, xüsusilə 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər təyin edilməsindən sonra, elektrik enerjisi sisteminin inkişafında böyük nailiyyətlər əldə edildi.
    20 il əvvəl Prezident İlham Əliyevin hakimiyyətə gəlişi ilə elektroenergetikanın islahatı, inkişafı və tərəqqisi daha da sürətləndi. Məhz cənab Prezidentin bu sahəyə diqqət və qayğısı sayəsində Azərbaycan dünya enerji sənayesində həlledici rolu olan bir ölkəyə çevrildi.
    Bütün bu nailiyyətlərin əldə olunmasında “Azərişıq” ASC-nin və onun tabeliyində olan Tərtər Elektrik Şəbəkəsinin xüsusi payı vardır. Belə ki, əvvəlki illərdə də yaxşı göstəriciləri ilə öndə olan şəbəkənin kollektivi 44 günlük Vətən müharibəsində gecə-gündüz dayanmadan əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün əsl fədakarlıq göstərmişdir. Müharibə zamanı mənfur düşmənin atdığı mərmilər nəticəsində Talış və Suqovuşan qəsəbələrində darmadağın edilmiş hava xətlərinin və yarımstansiyaların, transformatorların bərpası sahəsində bütün qüvvə və bacarıqlarını sərf edən şəbəkənin işçiləri həmin ərazilərin də fasiləsiz elektrik enerjisi ilə təmin edilməsinə nail olmuşlar.
    Şəbəkənin kollektivi hazırda Ağdərə şəhərində və azad edilmiş digər ərazilərdə hava xətlərinin, transformatorların təmir və bərpa işləri ilə yaxından məşğul olur.
    Kollektivi Energetiklər Günü münasibətilə ürəkdən təbrik edir, çətin və şərəfli işlərində uğurlar, hər birinə möhkəm cansağlığı arzulayırıq.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:34

İsmarıclar bağlıdır.