Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Okt

    SİYASİ VARİSLİK ƏNƏNƏLƏRİNİN TƏNTƏNƏSİ

    Ümummilli lider Heydər Əliyevin bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaqdır. Çünki Ulu Öndərin həyat və yaradıcılıq fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dinamik inkişaf yoluna qoymaq olmuşdur. Məhz  Heydər Əliyevin həyat və yaradıcılıq yoluna nəzər saldıqda Ulu Öndərin fəaliyyətinin  ilk dövründən başlayaraq ömrünün sonuna kimi gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şa-hidi oluruq. Ona görə də Heydər Əliyev irsini daim  öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallı-ğını heç vaxt  itirməyən qlobal məsələdir.
    Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli ir-si tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
    Ulu Öndər Heydər Əliyev bütün varlığı ilə, bütün bilik və bacarığı ilə xalqına, torpağına bağlı bir dahi şəxsiyyət idi. Onun rəhbərliyi ilə Azərbaycan parçalanmaqdan, bir dövlət kimi yox olmaq təhlükəsindən xilas oldu. Güclü və qüdrətli Azərbaycanın gələcək nailiyyətləri məhz Ulu Öndərin adı ilə bağlıdır. Bu gün biz qalib xalq kimi bir daha fəxr edirik ki, azərbaycanlıyıq. Hər birimiz Ulu Öndərin ruhu qarşısında baş əyir, onun xatirəsini daima uca tuturuq. Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət ölkəmizi daha da qüdrətli və yenilməz bir dövlətə çevirir.
    Bu gün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini və inkişaf yolunu müəyyən edir. Bu müəyyənləşmə Azərbaycanın qısa müddət ərzində iqtisadi inkişaf göstəricilərinə görə bütün dünyada liderə çevrilməsi faktıdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Tanap, Bakı-Tbilisi-Qars kimi nəhəng layihələrin gerçəkləşməsi, respublikamızın ümumilikdə Avropa regionunun gələcək enerji təhlükəsizliyi missiyasını üzərinə götürməsi xalqımızın dünya arenasında layiqli yerini təmin edir. Azərbaycan insanının gün-güzəranı yaxşılaşır, şəhər, kənd və qəsəbələr abadlaşır, res-publikamızda işsizliyin və yoxsulluğun səviyyəsi ilbəil azalır. Azərbaycanın mövcud iqtisadi potensialının insan kapitalına çevrilməsi istiqamətində atılan addımlar elmi inkişafa doğru sürətli kurs götürüldüyünü təsdiqləyir. Hazırkı mərhələdə neft və qeyri-neft sektorunun gəlirlərindən əldə olunan külli miqdarda vəsaitin respublikamızda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesinin daha da sürətləndirilməsinə, ümumilikdə, insan amilinin yüksəlişinə yönəldilməsi demokratiya sahəsində böyük təcrübəsi olan dövlətlər, ayrı-ayrı beynəlxalq təşkilatlar, nüfuzlu ekspertlər tərəfindən müsbət qarşılanır. Dövlət başçısı həyata keçirdiyi islahatları məhz Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirir və yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə çalışır. Milləti Heydər Əliyev ideyaları ətrafında birləşdirən cənab İlham Əliyev özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi Ulu Öndərimizin işıqlı, nurlu arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir. Bütün bunlar tam mənada deməyə əsas verir ki, Prezident İlham Əliyevin dövlətçilik təcrübəsində siyasi varislik ənənələrinin davamı, üstəlik, mütərəqqi inkişaf meyillərinin gücləndirilməsi ideyası üstünlük təşkil edir.
    Keçən hər bir il bir daha təsdiq edir ki, sözün hər mənasında, böyük və ibrətamiz həyat yaşamış Ümummilli Lider Heydər Əliyevin ideya dünyasının, təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü çox uzaq gələcəyə hesablanıb. Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxarmaq mümkün deyil. Ulu Öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır. Bu gün xalqımız Ümummilli Liderin siyasi varisi-yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.
    Prezident İlham Əliyevin əsas amalı ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi və Azərbaycan xalqının dünya siyasi tarixinə məğlub yox, qalib xalq kimi yazılması olub. Dünyada həllini tapmayan münaqişə ocaqlarının mövcudluğu və bu ocaqların artması, daha da alovlanması fo-nunda İlham Əliyevin 30 illik işğala son qoyaraq Azərbaycanın ərazi bütövlüyünü tam təmin etməsi böyük vətənpərvərlik, siyasi peşəkarlıq və gerçək liderlik keyfiyyətlərinin bir bütündə təcəssümüdür.
    Dövlətin xarici siyasətinə birbaşa təsir edən mühüm amillərdən biri, bəlkə də elə birincisi dövlət rəhbərinin beynəlxalq nü-fuzudur. Prezident İlham Əliyevin beynəlxalq nüfuzu, istər ən yüksək kürsülərdə çıxışları zamanı Azərbaycan həqiqətlərini dünyaya çatdırması, düşmənin əsassız arqumentlərini tutarlı, tarixi, hüquqi faktlarla çözməsi, Vətən müharibəsi dövründə beynəlxalq aləmə, hər dövlətə ötürülən mesajların, ittihamların “öz dili və üslubu” ilə ötürülməsi, paralel olaraq xalqın nəbzini tutaraq sadə xalqa rəvan formada müraciətləri fonunda formalaşıb.
    Milli məsələlərdə güzəştə getməyən Prezident İlham Əliyev hakimiyyətə gələndən böyük Zəfər gününə kimi Qarabağ məsələsində də heç bir güzəştə getmədi, Ermənistana, onun havadarlarına, super-güclərə qarşı qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı. O, 44 gün ərzində siyasi, hərbi lider kimi durmadan, dincəlmədən sözün əsl mənasında vuruşdu, həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını azad edən, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa edən böyük sərkərdə kimi tarixə düşdü. Yeni tarix yazıldı.
    Müasir Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin davamçısı Prezident İlham Əliyevin xalqının səadəti, dövlətimizin müdafiə qüdrətinin yüksəlməsi, dövlətçiliyin möhkəmlənməsi, milli müstəqilliyimizin əbədiyaşar olması uğrunda mübarizəsi isə davam edir Züleyxa Mustafayeva,

    Tərtər Rayon Qeydiyyat
    şöbəsinin rəisi

    Müəllif: Redaktor, 12:41

İsmarıclar bağlıdır.