Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Noy

    Tərtər şəhər 1 saylı tam orta məktəbinin 2A sinfində Azərbaycan Silahlı Qüvvələrinin kapitan-leytenantı, ikinci Qarabağ Müharibəsi şəhidi Fərrux Həşimovun anım günü qeyd olundu. Anım günündə şagirdlərin ifasında Azərbaycan Dövlət himni səsləndirildi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
    Sonra şagirdlər şəhidin həyatı və döyüş yolu haqqında məlumat verdilər. Bildirildi ki, Vətən müharibəsi qəhrəmanlarımızdan biri olan Fərrux Mirzəmməd oğlu Həşimov 1988-ci il martın 24-də Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin “Sualtı Hücum” Xüsusi Təyinatlı Qüvvələrinin kapitan-leytenantı Fərrux Həşimov da döyüşlərə qatıldı. Onun döyüş yolu Cəbrayıl, Füzuli, Qubadlı və Xocavənddən keçdi. Ərazilərimizin azadlığı uğrunda gedən döyüşlərdə xüsusi igidliklə döyüşdü. Oktyabrın 31-də Xocavənd rayonunun Qırmızı Bazar istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid oldu. Qəhrəman şəhidimiz hələ Vətənə xidmət fəaliyyəti dövründə Azərbaycan Respublikasının Prezidenti ilham Əliyev tərəfindən “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalları, III dərəcəli “Qüsursuz xidmətlərə görə” medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub. Şəhidliyindən sonra isə o, Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
    Anım günü tədbirində şəhid Fərrux Həşimov haqqında videoçarx göstərildi.
    Tədbirdə məktəbin direktoru Amil Hüseynov çıxış edərək şəhidlərimizin keçdiyi döyüş yolunun tariximizin silinməz səhifəsi olduğunu, heç zaman unudulmadıqlarını, həmişə böyük ehtiram və qürurla anılacaqlarını söylədi. “Onların vətənpərvərlikləri və qəhrəmanlıqları gələcək nəsillər üçün nümunə olacaqdır”, – dedi:
    Anım günü tədbirində məktəbin müəllimləri və media nümayəndələri iştirak edirdi.
    Sonda sinfin müəllimi Ülviyyə Məmmədova tədbirdə iştirak etdiklərinə görə hər kəsə öz minnətdarlığını bildirdi.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 12:21

İsmarıclar bağlıdır.