Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Noy

    Cəmi bir gün davam edən və çox böyük, illərlə gözlənilən nəticə ilə yekunlaşan lokal antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalan gənclərimizdən biri–Evoğlu kəndindən olan Vəlizadə Rəşad Elşən oğlunun ailəsindəyik.
    Rəşadgil ailədə cəmi iki oğlan olublar. O, böyük oğul idi. Ailənin böyüyü kimi hər işdə, hər yerdə qardaşına nümunə olmağa çalışırdı.
    İbtidai sinif müəllimi Zəminə Alıyeva deyir:
    –Rəşadın xüsusi bir xasiyyətə malik olduğu uşaq vaxtından bilinirdi. Dərslərində, ictimai işlərdə həmişə birinciydi. Hadisədən bir gün əvvəl kənddə görüşdük. Çox dəyişmişdi. Hiss olunurdu ki, idmanla məşğul olur. Özü mənə yaxınlaşıb, görüşdü. Gülümsəyib dedi ki, müəllim, siz mənimlə fəxr edəcəksiniz. Yəqin o, qarşıdakı hadisələri nəzərdə tuturdu. İndi həqiqətən məktəbimiz, kəndimiz, bütün xalqımız Rəşadla fəxr edir.
    Anası Bəsti Həşimova söylədi ki, mən heç vaxt Rəşad haqqında keçmiş zamanda danışa bilmərəm. Elə bil dünən idi əlindən tutub birinci sinfə apardığım. Məktəb illəri çox tez keçdi. Sonra Türkiyənin Qars vilayətindəki Qafqaz Universitetini İqtisadi idarəetmə ixtisası üzrə bitirdi.
    Rəşadı müddətli həqiqi hərbi xidmətə 2021-ci ilin yanvar ayında yola salıblar. Xidmətini Beyləqan rayonundakı hərbi hissələrdən birində keçib. Bu müddət ərzində valideynləri onunla bağlı yalnız xoş sözlər eşidiblər. Hərdən ailəsi ilə danışanda kiçik qardaşına öz üzərində çalışmağı, idmanla məşğul olmağı tapşırırdı. Söyləyirdi ki, əsgərlik kişilik məktəbidir.
    Hərbi xidmətini başa vurduqdan sonra Rəşad az bir müddətdə kənddə təsərrüfat işləri ilə məşğul oldu. Ancaq bu üç ay ərzində də daim ordu həyatı haqqında düşünürdü. Xüsusiə yeni yaradılan komando hissələri onu çox cəlb edirdi. Anası ilə söhbətində də deyirdi ki, narahat olma, ana, mən çox dözümlüyəm, bu işi bacaracağam.
    Beləliklə, Rəşad yenidən orduya qayıtmaq haqqında qərar verdi. 8 dekabr 2022-ci il tarixdə müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının hazırlıq kursunda ilk məşqlərə başladı. Anası Bəsti müəllim deyir:
    – Komandonu çox sevirdi. Sanki bu iş üçün dünyaya gəlmişdi. O qədər qorxmaz, güclü və çevik idi ki, ona nəsə olacağını ağlımıza belə gətirmirdik. Komandirləri deyirdilər ki, Rəşaddan yaxşı kəşfiyyatçı olacaq. Verilən tapşırıqları çox dəqiqliyi ilə yerinə yetirir, həm güclü, həm də ağıllıdır, məsuliyyətlidir.
    2023-cü ilin fevral ayının 18-də Rəşad Vəlizadə komando başlanğıc kursunu bitirərək, müddətdən artıq hərbi qulluqçu kimi hərbi hissələrdən birində xidmətə başladı .
    Sonuncu dəfə ailəsinə sentyabr ayının 19-da axşam saat 20-də zəng edib. Deyib, məndən nigaran qalmayın. Oğlu namərd düşmənlə üz-üzə dayanan ana necə nigaran qalmaya bilər?
    Rəşad sentyabrın 19-dan 20-ə keçən gecə ordumuzun Xocavənd istiqamətində apardığı döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onun kimi oğullar şirin canlarını, arzularını, ailəsinin xoşbəxtliyini qurban verdilər ki, xalqımız rahat nəfəs alsın, erməni quldurlarının ayaqları bu torpaqlardan birdəfəlik çəkilsin.
    Allah rəhmət eləsin!

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 12:39

İsmarıclar bağlıdır.