Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Noy

    HƏR BİR SAHƏDƏ ARTIM VƏ YÜKSƏLİŞ VAR

    2023-cü il “Heydər Əliyev ili”dir. Ancaq yalnız bu il deyil, yaşadığımız hər il, hər ay, hər gün Ulu Öndəri bizdən uzaqlaşdırmır, daha da yaxınlaşdırır. Ona görə ki, onun Azərbaycana qayıdışı nəticəsində ölkəmiz dünyaya Günəş kimi doğdu. Bir xalq olaraq inkişafımızın yeni mərhələsinə qədəm qoyduq. Çətin günlərimiz arxada qal-dı.
    Ümummilli Liderin ideyalarına sa-diq olan, onun arzularını gerçəkləşdirən Prezident İlham Əliyev Azərbaycanı daha da irəli apardı. Ona görə də bu gün Azərbaycana hansı istiqamətdən baxsaq, inkişaf, tərəqqi qaçılmazdır.
    Ən böyük uğurumuz isə əlbəttə ki, 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfər və suverenliyi-mizin, ərazi bütövlüyümüzün tam bərpa olunmasıdır.
    Bu gün Azərbaycanda hər kəs sevinir və hər kəs çalışır ki, qalib bir ölkənin vətəndaşı olaraq öz sahəsində daha yaxşı çalışsın, Azərbaycanın uğurlu inkişafına öz töhfələrini versin.
    Ölkəmizin ümumi inkişafında Tərtər rayonunun da özünəməxsus yeri var. Rayonumuz həm iqtisadi göstəricilər, həm də abadlaşdırma, infrastrukturun yenilənməsi, sosial inkişaf sahəsində inamlı addımlar atır.
    Deyilənlər 2023-cü ilin 9 ayı ərzində rayonda görülmüş işləri əks etdirən rəqəmlərdən də aydın görü-nür. Belə ki, 2023-cü ilin 9 ayı ərzin-də rayonda ümumi məhsul buraxılı-şının həcmi 199 milyon 862.4 min manat olub. 2022-ci ilin müvafiq dövrünə nisbətən məhsul buraxılışının həcmi 3 faiz artıb.
    Kənd təsərrüfatı istehsalı 11.4 faiz artaraq 96 milyon 275 min manat, informasiya və rabitə xidmətlərinin həcmi 5.1 faiz artaraq 706 min manat olmuşdur. Əhaliyə göstərilən ödənişli xidmətlər 11.9 faiz artaraq 23 milyon 231.5 min manat, ictimai iaşə xidmətləri 12.2 faiz artaraq 3 milyon 320.6 min manat olub. Nəqliyyat sektorunda yük daşınması 18.9 faiz artaraq 250 min ton, sərnişin daşınması 8.7 faiz artaraq 5 milyon 11 min nəfər təşkil etmişdir.
    Rayon əhalisinin məşğulluğunun təmin edilməsi məqsədi ilə 9 ay ərzində 163 yeni iş yeri açılmışdır. Həmin yeni iş yerlərinin 40-ı yeni yaradılmış müəssisə və təşkilatlarda, 123-ü mövcud müəssisə və təşkilatlarda açılmış, yeni yaradılmış fərdi sahibkarlıq subyektlərinin sayı 525 olmuşdur.
    2023-ci ilin 9 ayında rayon üzrə orta aylıq əmək haqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 66 manat və ya 13 faiz artaraq 575.5 manat təşkil etmişdir.
    Ölkə Prezidenti Cənab İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” rayonda da uğurla icra olunur.
    Müvafiq dövr ərzində rayonda tikinti-quraşdırma və abadlıq işləri davam etdirilmişdir.
    Tərtər şəhərinin Heydər Əliyev prospektində, Şıxəli Qurbanov, Mehdi Hüseynzadə, Mahir Əsədov, Rasim Mürsəlov, Eldar Məmmədov küçələrində aparılan abadlıq işləri başa çatmışdır. Səkilərdəki köhnə bardyorlar yenisi ilə əvəz olunub, səkilərə asfalt döşənib, yeni yaşıllıq zolaqları, yaradılıb, işıq, qaz, telekommunikasiya xətləri qaydaya salınıb. Küçələrlə yanaşı uzun illərdir təmir-abadlıq işləri aparılmayan M.Ə.Sabir adına parkda aparılan yenidənqurma və təmir işləri başa çatıb. Parkda köhnə tamet daşları və bardyorlar yenisi ilə əvəz olunub, əraziyə yeni münbit torpaq verilərək gül kolları və müxtəlif bəzək ağacları əkilib. M.Ə.Sabirin büstü və onun satirik əsərlərinin personajlarının heykəlləri təmir-bərpa olunub, sakinlərin istirahəti üçün söhbətgahlar təmir olunub, parkın gecə işıqlandırılması üçün yeni işıqlandırma sistemi qurulub, parkın istinad divarları aqlay daşları ilə üzlənib, məhəccərlər təmir olunaraq rənglənib, insanların istirahəti üçün şərait yaradılıb.
    Vasif Hüseynov küçəsində yerləşən Şəhid bulağında yenidənqurma və təmir işləri aparılmışdır.
    Heydər Əliyev prospektində və Elman Hüseynov küçəsində səkilərdə təmir işləri aparılmış, tamet daşları düzülmüşdür.
    Tərtər şəhərinin Qənbər Qənbərli, Sənan Məmmədov, Azər Şəmilov, Süleyman Məmmədov, Şakir Həsənov, Fizuli Rüstəmov küçələrində də istinad divarları hörülüb hündürləşdirilmiş, divarlar aqlay və bəzək daşları ilə üzlənmişdir. Kommunikasiya, işıq, telefon xətləri səliqəyə salınmış, ağaclar budanmış, təmizlik işləri aparılmışdır. Hazırda Fizuli Rüstəmov küçəsində son tamamlama işlər davam etdirilir.
    Vətən müharibəsi şəhidləri Qənbər Qənbərli, Sənan Məmmədli, Azər Şəmilov, Polad Həşimov, Anar Əliyev, Ruslan Şahbazov, Aslan Hüseynov, Aysənan Abbasov, Məftun Əhmədzadə və Fizuli Rüstəmovun adına verilmiş küçələrdə şəhidlərin barelyefləri quraşdırılmışdır.
    Rayonda ekoloji tarazlığın qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə istiqamətində yol kənarlarına və rayonun yaşayış məntəqələrində, meşə zolaqlarında 35 min müxtəlif növ ağaclar, 6 min ədəd gül kolları və 200 min ədəd həmişəyaşıl kolları əkilmiş, respublika və yerli əhəmiyyətli avtomobil yollarında 1 milyon 147.8 min manatlıq carı təmir və saxlanma işləri görülmüşdür.
    Heydər Əliyev Fondunun hesabına 320 şagird yerlik Azad Qaraqoyunlu və Təhsil Nazirliyinin xətti ilə 360 şagird yerlik Tərtər şəhər 5 saylı tam or-ta məktəbləri üçün yeni məktəb binaları tikilib, şəhər 3 nömrəli ümumi orta məktəb, Köçərli və Hacıqərvənd kənd tam orta məktəblərində isə cari təmir işləri aparılaraq məktəblilərin istifadəsinə verilmişdir.
    Rayonun Bəyimsarov və Qazyan kəndlərində 50 yerlik körpələr evi-uşaq bağçalarının tikinti işləri davam etdirilir.
    Rayonun iqtisadiyyatının əsasını aqrar sahə təşkil etdiyindən rayonda kənd təsərrüfatı məhsullarının istehsalının artırılması diqqət mərkəzində olmuşdur. Ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da aqrar sektorun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülmüşdür.
    9 ayda kənd təsərrüfatı məhsulunun ümumi həcmi 96 milyon 275 min manat təşkil etmişdir ki, onun da 61 milyon 558.5 min manatı bitkiçilik, 34 milyon 716.5 min manatı heyvandarlıq məhsullarının hesabına formalaşmışdır. 2022-ci ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı məhsulunun həcmi 11.4 faiz artmışdır.
    Cari ildə 8929.9 hektar sahədə taxıl becərilib ki, onun 5245.2 hektarı buğda, 3684.7 hektarı arpa olmuşdur. Rayonda 38907.7 ton taxıl istehsal olunmuşdur. Taxıl istehsalı 2022-ci ilə nisbətən 17.1 faiz artmışdır.
    Cari ilin 9 ayı ərzində rayonda 3017.1 ton pambıq, 5709.4 ton dən üçün günəbaxan, 5715 ton kartof, 15085.7 ton müxtəlif tərəvəz məhsulları, 793.4 ton dən üçün qarğıdalı, 68.7 ton lobya, 51.5 ton noxud, 4.5 ton sorqo, 9464.6 ton müxtəlif növ meyvə və giləmeyvə, 809.6 ton üzüm istehsal olunmuşdur. Məhsul yığımı davam edir.
    Cari ildə 21.5 hektar sahədə yeni meyvə bağları salınmışdır.
    2023-cü ildə rayonun kümçüləri 375 qutu ipəkqurdu saxlamış və 14775.71 kiloqram barama tədarük etmişlər. 2022-ci ilə nisbətən barama tədarükü 45.3 faiz artmışdır
    Əhalinin təbii qaz, elektrik enerjisi, içməli su, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilib. Təhsil, mədəniyyət, səhiyyə sahələrində mövcud problemlərin həlli isti-qamətində tədbirlər görülüb.
    Ötən ilin doqquz ayı ərzində rayonumuzda görülən işlər onu göstərir ki, tərtərlilər “Heydər Əliyev ili”ni hər bir sahədə uğurlu nəticələrlə yekunlaşdıracaqlar.

    “YENİ TƏRTƏR”

    Müəllif: Redaktor, 12:44

İsmarıclar bağlıdır.