Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 22Yan

    Изображение 034Adətən köhnə ili yola salanda görülən işlərə diqqət yetirilir, qiymət verilir və qarşıda duran vəzifələrlə bağlı yeni planlar müəyyənləşdirilir.
    Bizim redaksiya kollektivi kiçik olsa da, daşıdığımız məsuliyyətə görə heç də kiçik sayıla bilmərik. Odur ki, yeni ilin ilk iş gününün yığıncağında biz də dönub arxaya bax-dıq, həm də qədəm qoyduğumuz 2016-cı ilin Azərbaycanımız, rayonumuz üçün daha düşərli olması ümidi ilə bizi narahat edən, düşündürən mövzulardan söhbət açdıq.
    Əvvəlcə qəzetin baş redaktoru Tofiq Yusifi dinlədik. O bildirdi ki, ötən il redaksiya kollektivi üzərinə düşən vəzifənin öhdəsindən gələ bilib. Belə ki, il ərzində nəzərdə tutulan 36 nömrənin hamısı vaxtinda çap etdirilərək abunəçilərə çatdırılıb. Bu adi rəqəmin arxasında redaksiya əməkdaşlarının gərgin zəhməti, axtarışları, sevinc və narahatçılıqla dolu anlar dayanır. Məhz bunların nəticəsi olaraq biz 2015-ci ildə rayonumuzun iqtisadi, sosial, mədəni həyatının mənzərəsini yarada bilmişik. Çox sevindirici haldır ki, ötən ilin əvvəlində qəzetimizin özünün internt saytı fəaliyyətə başladı və bu gün dünyanın hər yerində yaşayan həmyerlilərimiz və nəinki həmyerlilərimiz, elə qəhrəman Tərtərin həyatı ilə maraqlananların hamısı “Yeni Tərtər”in elektron saytının vasitəsi ilə bunlarla tanış ola bilərlər. Artıq 20-dən çox xarici ölkədə qəzetimizin elektron saytını oxuyurlar. Amerikadan, Rusiyadan Kana-dadan, Ukraynadan və digər ölkələrdən elektron ünvanımıza gələn məktublarda yazırlar ki, sizin saytla tanış olanda elə bil doğma Tərtərimizə gəlib qayıtdıq. Şəhərimizin yeni görkəmi bizi valeh etdi.
    Bu sözlər onu göstərir ki, artıq “Yeni Tərtər” müasir dövrün tələbləri ilə ayaq-laşmağa başlayıb.
    Daha nələrlə yaddaşlarda qaldı yola saldığımız il? Əlbətdə ki, ilk növbədə qəzetin baş redaktoru Tofiq Yusifin yüksək dövlət mükafatına–“Tərəqqi” medalına layiq görülməsi ilə. Bu, onun mətbuat sahəsindəki səmərəli fəaliyyətinin layiqli bəhrəsi və özünün dediyi kimi, dövlət başçısı tərəfindən kollektivimizin əməyinə, bütün tərtərlilərə verilən yüksək qiymətdir.
    Eyni zamanda ötən il redaksiyamıza Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnki-şafına Dövlət Dəstəyi Fondunun 4 diplomunu və mükafatını gətirdik. Bunlardan 1-ni Tofiq Yusif, 3-nü isə Svetlana Bağırova aldı. KİVDF-nin 2015-ci ildə nəşr etdirdiyi “Sözün zirvəsində” kitabında 2009-2015-ci illərdə keçirilən fərdi jurnalist yazıları müsabiqələrində qalib olmuş ən yaxşı yazılar ara-sında Svetlana Bağırovanın “Qaçqın şəhərçiyində bir gün” yazısı da yer aldı.
    Bunlarla yanaşı, biz çalışırıq ki, qəzetimizin səhifələrində zamanın nəbzini tutan, ictimai-siyasi həyatımızın ən aktual məsələlərini əks etdirən yazılar dərc olunsun, rayonumuzda gedən geniş-miqyaslı tikinti-quruculuq və abadlıq işləri öz əksini tapsın. Insan amilini də həmişə diqqət mərkəzində saxlamışıq.
    Gözlənilməz hadisələrlə dolu Meymun ilində nələrlə qarşılaşacağıq?
    Arzu edirik ki, nə dünyanı bürüyən böhran, nə də dolların “üzən” məzənnəsi insanlar arasındakı isti, səmimi münasibətlərə təsir göstərə bilməsin. 2015-də yaşanan ağrı-acılar keçmişdə qalsın. Biz də mətbuat işçiləri olaraq daim ürəkaçan işlərdən, yük-səlişdən, mənəvi zənginliyimizdən yazaq.

    YENİ TƏRTƏR
                                                                                                                   

    Müəllif: Redaktor, 16:54

    Teqlər:

İsmarıclar bağlıdır.