Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Dek

    Bu günlərdə şəhər 1 saylı tam orta məktəbində cəsur döyüşçü, Vətən müharibəsi şəhidi Fuad Məhərrəmlinin adını daşıyan sinfin şagirdləri onun ailəsində olub, Evoğlu kəndindəki Şəhidlər xiyabanını və Fuad Məhərrəmlinin məzarını ziyarət ediblər. Şəhidin doğum gününə həsr olunmuş görüşdə şagirdlərlə birlikdə məktəbin direktoru Amil Hüseynov, müəllimlərdən Ramilə Heydərova, Aliyə Balakişiyeva, valideynlər, şəhid anaları və kənd sakinləri iştirak ediblər. Şagirdlərin ifasında Vətənimizin azadlığı, torpaqlarımızın işğaldan təmizlənməsi uğrunda mübarizədə canlarını fəda edən oğullara həsr olunan şeirlər səslənib. Qeyd olunub ki, Fuad Məhərrəmli vətənpərvər insan, qorxmaz döyüşçü idi. Onlar üç dost idilər – Fuad, Şəmil və Elşən. Üçü də eyni gündə şəhadətə yüksəlib.
    Fuad Məhərrəmlinin atası Habil kişi deyib:
    –Bu gün məni yaşadan oğlumun unudulmamasıdır. Dövlətimiz, möhtərəm Prezidentimiz, rayon rəhbərliyi, məktəblilər, kənd sakinləri, övladımızın döyüş yoldaşları – bir sözlə, hamı ailəmizə diqqət və qayğı göstərir. İki övladımı rayonda işlə təmin ediblər. Torpaqlarımız işğaldan tamamilə azad olunub. Bunların hamısı bizlərdən ötrü bir təsəllidir.
    Sonda şəhidin ailəsi şəhər 1 saylı tam orta məktəbin kollektivinə öz təşəkkürünü bildirib.

    “YENİ TƏRTƏR”

    Müəllif: Redaktor, 13:17

İsmarıclar bağlıdır.