Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Dek

    Şəhid valideynlərinin həmişə gözü yoldadır. Bu yolla onlar öz övladlarını Vətənin müdafiəsinə göndəriblər. Son dəfə görüşüb, ayrılıblar. Bu, yalnız cismani ayrılıqdır. Çünki illər keçsə də, qəhrəman övladlar xalqımız tərəfindən unudulmur. Şəhid ailələrinin tez-tez rayon rəhbəri, ictimaiyyət nümayəndələri, məktəblilər tərəfindən ziyarət olunması da bunun əyani sübutudur.
    Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatı və rayon Ağsaqqallar Şurasının sədrlərilə birlikdə Hacallı kəndində şəhid Əjdər Sabirlinin, Köçərli kəndində Elnur Abbaslının (hər ikisi Vətən müharibəsi şəhididir) və birinci Qarabağ müharibəsi şəhidi Zəka Həsənovun ailələrini ziyarət ediblər. Rayon rəhbəri Elnur Abbaslının atası Yaşar Abbasovu və Zəka Həsənovun anası Nazilə Həsənovanı 65 illik yubileyləri münasibətilə təbrik edib, səmimi arzularını çatdırıb.
    Hər üç ailədə qəhrəman oğullardan söhbət açılıb. Bildirilib ki, Vətənimiz məhz belə igidlərin sayəsində bu gün azad və qüdrətlidir. Qədirbilən xalqımız öz şəhid övladlarını əbədi olaraq yaşadacaq.
    Rayon rəhbəri həmçinin şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanıb, möhtərəm Prezidentimiz İlham Əliyev və dövlətimiz tərəfindən bu istiqamətdə bütün tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

    “YENİ TƏRTƏR”

    Müəllif: Redaktor, 13:27

İsmarıclar bağlıdır.