Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Dek

    Azərbaycanda əlilliyi olan şəxslərin cəmiyyətimizin həyatında tam hüquqlu üzv kimi iştirak etməsi üçün dövlətimiz tərəfindən geniş tədbirlər həyata keçirilir. Bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər deyirdi: ”Biz əlillər üçün, onların yaşaması üçün, əmək fəaliyyətinə cəlb olunması, öz daxili imkanlarından, istedadlarından istifadə etmələri üçün daha da geniş şərait yaradacağıq.”
    Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə xüsusi qayğısı da əlillərin həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpasına şərait yaradıb.
    Əlilliyi olan şəxslərin maddi təminatının genişləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.
    Bu təbəqədən olan şəxslərə qayğı Tərtər rayonunda da diqqət mərkəzində saxlanılır.
    Rayon icra hakimiyyəti tərəfindən mütəmadi olaraq sağlamlıq imkanları məhdud şəxslərin, qazilərin problemləri öy-rənilir və müvafiq tədbirlər görülür. Rayonda 54 nəfər qazi mənzil növbəsinə götürülüb, 3 nəfər mənzillə təmin olunub. 51 nəfərə kənd təsərrüfatı məhsullarının istehsalı üçün əkin sahəsi, 5 nəfərə həyətyanı sahə, 11 nəfərə sahibkarlıq üçün torpaq sahəsi verilib. 32 nəfər qazi istirahət mərkəzinə göndərilib. 27 nəfər işlə, 34 nəfər aktivlərlə, 4 nəfər avtomobillə təmin olunub. Ümumilikdə, qazilərə dövlət tərəfindən 286000 manat sığorta ödənilib, “Yaşat” fondu tərəfindən 468442 manat, rayon icra hakimiyyəti tərəfindən 38800 manat maddi yardım göstərilib.
    Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun, YAP Tərtər Rayon Təşkilatının sədri El-dar Əsədovun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yerli qurumları rəhbərlərinin, Qarabağ qazilərinin, rayonda fəaliyyət göstərən əlillər cəmiyyətləri üzvlərinin iştirakı ilə rayonda Beynəlxalq Əlillər Gününə həsr olunmuş görüşdə bütün bunlar barədə geniş söhbət gedib. Qeyd olunub ki, əlillərin hər birinin sağlamlığına, taleyinə və yaşam tərzinə qayğı ilə yanaşmaq, üzləşdiyi çətinlik və problemləri yüngülləşdirmək təkcə dövlətin yox, həm də hər birimizin borcudur.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:33

İsmarıclar bağlıdır.