Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Yan

    новый-1İnsan dünyaya bir dəfə gəlir. Azmı, çoxmu yaşayır, bu, insan ömrünün öz ölçüsüdür. Onu isə biz yox, yaradan bilir.Dekabrın otuzu idi. Həmin gün axşamüstü dəhşətli bir xəbər eşitdim. Ağır qəza olub. Üç tələbə və bir məzun həyatını itirib. İnanmadım. İlk zəng etdiyim Alidə müəllimə oldu. Onun mənim zəngimə hönkürtü ilə verdiyi cavab: “Şəhla, Şərqiyyənin evi yıxılıb,” – dedi. Susdum. Bu susqunluq qəhərdən oldu. Sonra, o, “kənd yasa batıb” sözləri ilə fikrini tamamladı.Haqqında danışmaq istədiyim 20 yaşlı bu gənc Yavər Rəhman oğlu Kərimovdur. Mən onu beşinci sinifdə oxuyandan tanı-mış, ona yeddi il dərs demişəm. Orta məktəbi müvəffəqiyyətlə bitirən Yavər Texniki Universitetin kompüter mühəndisliyi fakültəsinə daxil olmuşdur. Universiteti bitirməyə isə cəmi beş ay qalmışdı…Nəzərimdə hələ də körpəcə, gülərüzlü bir uşaq kimi can-lanan bu gəncin faciəsi bizi – müəllim kollektivini yamanca sarsıtdı. Öz savadı, qabiliyyəti, mehribanlığı ilə hamının hör-mətini qazanan, müəllimlərinin sevimlisinə çevrilən Yavər. Sənin arzuların çox idi…Əcəl aldı səni valideynlərinin və səni sevənlərin əlindən. Valideynlərinə necə təsəlli verək, bilmirik. “Bəlkə, bu da bir alın yazısıdı”, – deyib, – hamımız qəhərlənib göz yaşına boğuluruq.Əbədi yerin cənnət olsun. Allah valideynlərinə və səni sevənlərə səbr versin.

    Şəhla Muradova,

    R.Kərimov adına Sarov kənd tam orta                                                       məktəbin dil-ədəbiyyat müəllimi

    Müəllif: Redaktor, 09:11

    Teqlər: ,

İsmarıclar bağlıdır.