Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Dek

    Təbiət çətinliklər yaratsa da…

    Ötən ilə nisbətən bu il Tərtər rayonunda pambıq yığımı xeyli gecikib. Bunun bir sıra obyektiv səbəbləri var. Onların arasında ilk sırada cari mövsüm hava şəraitinin pambıqçılıq üçün əlverişsiz keçdiyini göstərmək olar. Yaz aylarında havaların quraq, küləkli keçməsi, ardınca isə dolu düşməsi nəticəsində fermerlər təkrar çiyid səpdilər. Kiçik rəqəm deyildi–ümumilikdə rayon üzrə 269 hektar sahə tamamilə yararsız hala düşmüşdü. Amma digər səbəblər də vardı. Bu, suvarmadakı bir sıra çətinliklərlə bağlı olmuşdu Çiyid səpinindən sonra çətin günlər avqustda – bartoplama aylığında yaşanıb. Həmin vaxt havanın temperaturunun həmişəkindən xeyli yüksək olması bar orqanlarına mənfi təsir göstərdi. Sentyabrda isə mütəmadi yağan yağışlar defolyasiya prosesini gecik-dirdi.
    Beləliklə, cari il rayon üzrə çiyid səpilmiş 2511 hektar pambıq sahəsinin cəmi 2242 hektarında məhsul yetişdi.
    Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri Arif Behbudov deyir ki, indiyədək MKT “İstehsal Kommersiya“ MMC üzrə 3230.447, “Azərpambıq” MMC üzrə 2708.9 ton məhsul toplanıb. Cəmi rayon üzrə 5939.364 ton pambıq təhvil verilib. Hələlik hər hektarın orta məhsuldarlığı ötən ildəkindən az – 26 sentnerdir. Ötən mövsümdə bu rəqəm 32 sentner olmuşdur. Hazırda məhsul yığımı davam edir. Tərtərli fermerlər məhsulu sonadək toplamaq əzmindədirlər.
    Bununla belə, əlverişsiz hava şəraitində də ra-yonun bir çox fermeri qarşılarına qoyduqları vəzifələri yerinə yetirə biliblər.
    Onların sırasında Kovdadıq kəndindən Vüqar Quliyevi və baş-qalarını göstərmək olar. Onlar orta rayon göstəricisindən xeyli yüksək nəticələr qazanıblar.
    Vüqar Quliyev bu barədə belə deyir:
    –Pambıq su sevən bitkidir. Ona görə də 2020-ci ildə kəndimizdə yeni subartezian quyusu istifadəyə veriləndə, ailəmiz əminliklə bu sahə ilə məşğul olmağa qərar verdi. Artezian quyusu Prezidentin müvafiq sərəncamına əsasən qazılmışdır. Buna görə də Prezidentimizə öz təşəkkürümüzü bildiririk. Onun bizə göstərdiyi qayğının nəticəsi isə göz qabağındadır. Cari ilin çətin hava şəraitində hektarın məhsuldarlığını 53.51 sentnerə çatdırmışıq. Bu isə xeyli qazanc, xoş güzəran deməkdir.

    Lazım QULİYEV,
    “Azərbaycan”

    Müəllif: Redaktor, 11:12

İsmarıclar bağlıdır.