Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Yan

    Yeni li ərəfəsində Əlinin ürəyində elə bil nəsə dəyişmişdi. Bu dəyişiklik bütün əhvalına təsir edirdi. Nə Rusiyanın ən böyük şəhərlərindən birinin yeniilqabağı möhtəşəmliyi, nə də evdə ailəsinin bayram hazırlıqları onu bədbinlikdən çıxara bilmirdi. Səbəbini dəqiq anlamasa da, bu yaxınlarda yuxuda gördüyü ata evi gözlərinin qarşısından getmirdi. Elə bil bu evdə tək-tənha yaşayan baçısının səsi də hərdən qulaqlarına gəlirdi. Sonuncu dəfə o, atasının yas mərasimindən sonra bu evdən çıxmışdı. Bacısına da bərk-bərk tapşırmışdı ki, darıxmasın, onu tək qoymayacaq. Əlini pis qardaş da adlandırmaq olmazdı. Tez-tez bacısı-na zəng vurur, hətta düşəndə pul da göndərirdi. Amma… Bir-iki dəfə olub ki, bacısı təkidlə onun bir neçə günlüyə gəlməsini xahiş edib.
    Özü utandığına görə qonşuları Asimə xala deyib ki, bəs qızı istəyirlər, evdə böyük olmadığına görə, elçilərin gəlməsinə razılıq vermir, qardaşının yolunu gözləyir.
    Tərslikdən bu vaxt Əlinin alveri o qədər yaxşı gedirdi ki, vətənə səfəri ona qəribə görünürdü. Bu qədər qazancı qoyub rayona gedəcək ki, nədir-nədir kimsə onun bacısına elçi gələcək ?! Əşşi, evlənsinlər də! Mən nə elçi göndərdim, nə “hə” aldım, amma budur ey, uşaqlarım böyüyüblər.
    Belə zənglər bir neçə dəfə təkrar olundu və kəsildi. Artıq indi Əli özü zəng vurandan-vurana bacısının bir az kədərli səsini eşidirdi. Hətta pul göndərəndə də bu səsdə heç nə dəyişmir, sevinc hiss olunmurdu.
    Elə bil daxildən kimsə ona deyirdi ki, artıq belə davam edə bilməz. Bu, vicdanının səsiydi, yoxsa valideyn-lərinin ruhu qarşısında borc əlaməti, Əli bilmirdi. Amma qərarını vermişdi. Vətənə gedəcək. Özü də ailəsi ilə birlikdə. Elə uşaqları da sevinərlər. Axı, biabırçılıqdır. Azərbaycanlı olasan, azərbaycanlı soyadını daşıyasan, özü də bir dəfə də olsun bu ölkəni görməyəsən.
    Bunları düşünəndən sonra Əli bir az sakitləşdi. Telefonu götürub sevincək bacısına zəng vurdu:
    –Ay bacı, gəlirik ey, bayramı bir yerdə qarşılayarıq, bütün işlər düzələr, hələ sənə bir yaxşı “qulaq yoldaşı” da taparıq ki, tək qalmayasan.
    Bu fikir Əlinin yaman xoşuna gəldi. Cavab gözləmədən davam etdi:
    –Bilirsən də, hansı “qulaq yoldaşı”nı deyirəm? Yəni elçilərin gələr, bu məsələni də qardaşın birdəfəlik həll edər.
    Telefondakı səsdən Əli diksindi. Bu, bacısının yox, Asimə xalanın səsiydi:
    –A bala, atıq bacına “qulaq yoldaşı” lazım deyil. Keçirdiyi xəstəlikdən qulaqları eşitmir. Indi ona qulaq həkimi lazımdır, gəlsən də özün bilərsən, gəlməsən də.
    Svetlana Bilalqızı

    Müəllif: Redaktor, 07:53

    Teqlər:

İsmarıclar bağlıdır.