Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,442
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Yan

    Ötən il şəhərimizdə, müasir şəhərsalmanın tələblərinə uyğun olaraq, təmir-tikinti işləri aparılıb.
    Şəhərin Heydər Əliyev prospektində, Şıxəli Qurbanov, Mehdi Hü-seynzadə, Mahir Əsədov, Rasim Mürsəlov, Şakir Həsənov və Eldar Məmmədov küçələrində aparılan abadlıq işləri başa çatıb. Səkilərdəki köhnə bardyorlar yenisi ilə əvəz olunub, yeni yaşıllıq zolaqları yaradılıb, işıq, qaz, telekommunikasiya xətləri qaydaya salınıb. Bununla yanaşı Qənbər Qənbərli, Sənan Məmmədli, Azər Şəmilov, Süleyman Məmmədov küçələrində istinad divarları hörülüb hündürləşdirilib, divarlar aqlay və bəzək daşları ilə üzlənib. Kommunikasiya, işıq, telefon xətləri səliqəyə salınıb, təmizlik işləri aparılıb.
    Küçələrlə yanaşı üzun İllərdir təmir-abadlıq işləri aparılmayan M.Ə. Sabir adına parkda da aparılan yenidənqurma və təmir işləri başa çatıb. Parkda köhnə tamet daşları və bardyorlar yenisi ilə əvəz olunub, əraziyə yeni münbit torpaq verilərək gül kolları və müxtəlif bəzək ağacları əkilib. M. Ə. Sabirin büstü və onun satirik əsərlərinin personajlarının heykəlləri təmir-bərpa olunub, sakinlərin istirahəti üçün söhbətgahlar qaydaya salınıb, yeni işıqlandırma sistemi qurulub, istinad divarları aqlay daşları ilə üzlənib, mühəccərlər təmir olunaraq rənglənib, insanların istirahəti üçün şərait yaradılıb.
    Şəhid adlarını daşıyan 10 küçənin girişinə onların barelyefi qoyulub, şəhid Vasif Hüseynovun adını daşıyan küçədə şəhidin xatirəsinə tikilmiş bulaq təmir olunub, ətrafında abadlıq işləri aparılıb, Nəriman Nərimanov və Nizami küçəsində yerləşən çoxmənzilli yaşayış binalarının həyətində iki ədəd söhbətgah quraşdırılıb. 2021-2022-ci illərdə isə Ədalət Paşayev, Vüqar Həsənov və Nizami küçələrində 7 ədəd söhbətgah quraşdırılmışdır.
    Hazırda Füzuli Rüstəmov və Ruslan Şahbazov küçələrində işıq, qaz, telekommunikasiya xətləri qaydaya salınır, istinad divarları hörülüb hündürləşdirilir, divarlar aqlay və bəzək daşları ilə üzlənir.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:59

İsmarıclar bağlıdır.