Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Yan

    Bu sözləri I Qarabağ müharibəsi şəhidi Məmməd Abbasovun anası Atlas Abbasquliyeva deyib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 100 illik yubileyi münasibətilə onu ziyarət edərkən ana öz ürək sözlərini söyləyib.
    100 illiyini övladlarının, nəvə-nəticələrinin əhatəsində qeyd edən Atlas nənə onu da bildirib ki, Ulu Tanrı hər bir insana müəyyən ömür payı ayırır. Çox şükür ki, ömrü Umudlunun işğaldan azad olunduğunu görməyi ona nəsib etmişdir.
    Umudlunun ilk şəhidi olan Məmməd Abbasov doğma kəndi uğrunda şirin canından keçib, sona qədər övladlarına ata qayğısı göstərə bilməyib. Bu dərd doğmalarını üzüb. Lakin kəndin 30 ildən artıq bir müddətdə işğal altında olması xüsusilə ağır idi. İndi şükür, Umudlu azaddır.
    Görüş zamanı ailə üzvlərinin Umudluya qayıdışından, erməni qəsbkarlarının kənddə törətdikləri vəhşiliklərdən də söhbət gedib.
    Şəhidin qardaşı Fi-ruz Abbasov bildirib ki, düşmən gülləsi Məmmədin düz ürəyindən dəymişdi. O, qardaşının son nəfəsinə çatıb, ancaq vəsiyyətini eşidə bilməyib.
    Onun və yüzlərlə şəhidimizin qisasını Azərbaycan Respub-likasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu aldı.
    Rayon rəhbəri Atlas nənəyə “Təşəkkürnamə”, gül dəstəsi təqdim edib və növ-bəti ad gününü Umudluda qeyd etməyi arzulayıb. Artıq bu, real arzudur. Çünki Böyük Qayıdış başlayıb.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:42

İsmarıclar bağlıdır.