Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12Fev

    Seçki günü məntəqələrə gələ bilməyən yaşlı insanların da bu kampaniyada iştirakını təmin etmək üçün tədbirlər görülüb.
    Belə sakinlərdən biri Umudlu kəndindən olan 100 yaşlı şəhid anası Ətlaz Abbasquliyevadır. Ətlaz nənə Qəhrəman anadır. Həm çoxuşaqlı ana kimi, həm də vətənpərvər, elinə gərəkli, savadlı övladlar böyütdüyünə görə o, əsl qəhrəmanlıq nümunəsidir.
    Hazırda nənənin 27 nəvəsi, 50 nəticəsi və 14 kötücəsi var.
    Ətlaz nənə də seçkilər gününü səbirsizliklə gözləyirdi. Həmin gün 11 saylı seçki məntəqəsindən qutu onun yaşadığı evə gətirilib. Ətlaz nənə övladlarının, nəvə-nəticələrinin, kötücələrinin firavan həyatına, Böyük Qayıdışa səs verib.
    Ətlaz Abbasquliyeva 7 yanvar 1924-cü ildə Ağdərə rayonunun Umudlu kəndində anadan olub. On uşaq böyüdüb boya-başa çatdırıb.
    Övladlarından biri – Məmməd Abbasov 1991-ci il may ayının 26-da Umudlu kəndinin müdafiəsi zamanı şəhid olub. Oğlanlarından digər üç nəfəri də Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Onlardan biri gedən döyüşlər zamanı gül-lə yarası alıb. 9 aprel 2009-cu ildə qızı Solmaz Abbasova vəfat edib. Qalan övladları hal-hazırda yaşayırlar.
    Ətlaz nənə uzun illər sovxoz ərazisində təsərrüfat işlərində çalışıb, bir çox medallarla təltif olunub. Kənd Sovetinin deputatı seçilib. Övladlarının hər biri ali və orta ixtisas təhsili alıb.
    Həyat yoldaşı Salman Abbasov Umudlu kəndində işgüzarlığı, fəallığı ilə seçilib və müxtəlif vəzifələrdə çalışıb.
    Sərsəng SES qurularkən Umudlu kəndinin yolu su altında qalmışdır. Ulu Öndər Heydər Əliyev 1976-cı ildə Sərsəng SES-i işə salarkən Salman kişi ona yaxınlaşaraq kəndin yolunun suyun altında qaldığı üçün kəndə yeni yolun salınmasını ondan xahiş etmişdir. Ulu Öndər isə gölün ətrafı ilə yolun çəkilməsi barədə yerindəcə göstəriş vermişdir. Umudlu kəndinə hal-hazırda gedən yol həmin yoldur.
    Ətlaz nənənin nəvələrindən biri – şəhid əmisinin adını daşıyan Məmməd Abbaszadə 2016-cı ildən bəri olan hərbi toqquşmaların hər birində iştirak edib. Hərbçidir. Hal-hazırda hərbi xidmətini davam etdirir. Ali Baş Komandanımızın Sə-rəncamları ilə bir çox medallar alıb. Baş Nazirin əmri ilə “Müharibə iştirakçısı” medalı ilə təltif olunub.
    Digər nəvə-nəticələrindən müxtəlif güc strukturlarında çalışanlar var.
    Ətlaz nənə hal-hazırda Tərtər rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbədə yaşayır və doğma Umudlu kəndinə qayıtmağı səbirsizliklə gözləyir.

    “YENİ TƏRTƏR”

     

    Müəllif: Redaktor, 15:31

İsmarıclar bağlıdır.