Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Yan

    Dünyanı bürüyən kəskin iqtisadi böhran Azərbaycandan da yan keçməyib. Bu da təbiidir. Çünki hər bir ailədə olduğu kimi, dövlətin, xalqın həyatında da müəyyən çətin dövrlər qaçılmazdır. Əsas məsələ budur ki, hər zaman olduğu kimi, indi də Prezidentimizlə xalq arasında sıx birlik var və dövlət öz vətəndaşlarının rifah halının qorunmasını, süni qiymət artımının qarşısının alınmasını başlıca vəzifəsi hesab edir.
    Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev deyib: “Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Biz sadəcə olaraq, cərimələrlə kifayət-lənməməliyik. Prokurorluq orqanları çox ciddi məşğul olsun. Bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir”.
    Cənab Prezidentin bu kəskin tapşırığından dərhal sonra ölkədə istehlak qiymətləri ciddi nəzarətə götürülüb. Həyata keçirilən iqtisadi tədbirlər nəti-cəsində unun və çörəyin qiyməti ucuzlaşıb.
    Elə həmin iclasda dövlət başçısı həmçinin bildirib ki, ən vacib məsələ pensiya və müavinətlərin qaldırılmasıdır. Həmin fikirlərdən 6 gün sonra Prezident İlham Əliyevin fərman və sərəncamları ilə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü, 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respub-likası Prezidentinin təqaüdü, məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətlər, yaşa görə əmək pensiyalarının baza hissəsinin məbləği 10 faiz artırıldı. Bundan sonra isə əmək-haqlarının artırılması barədə sərəncamlar verildi.
    Tərtərlilər ölkədə həyata keçirilən antiböhran tədbirlərini rəğbətlə qarşılayır və Prezidentin ətrafında sıx birləşdik-lərini bildirirlər.

    Müəllif: Redaktor, 10:26

    Teqlər:

İsmarıclar bağlıdır.