Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Yan

    heydarAdının əvvəlində BÖYÜK sözünün işlənməsi mütləq olan, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev. O, göylərin Azərbaycan xalqına bəxşişi, Azərbaycan torpağının yetişdirdiyi ən böyük tarixi şəxsiyyət, memar, dilçi, tarixçi, müdrik dövlət xadimi, uzaqgörən siyasətçi və nəhayət, millətinin xilaskarı idi.  Hələ keçən əsrin sonlarında Azərbaycan xalqı sovet imperiyasının pəncəsində öz azadlığı uğrunda çarpışdığı vaxtda Azərbaycanın ayrılmaz bir parçası, qədim türk diyarı Naxçıvanın Milli Məclisində Böyük Heydər Əliyevin rəhbərliyi ilə üçrəngli Azərbaycan bayrağı ucaldıldı.
    Həmin ərəfədə Azərbaycan da çoxlu qurbanlar bahasına imperiya buxovlarından xilas ola bildi. Artıq Naxçıvanda ucalan bayrağımız vətənimizin hər yerində dalğalanırdı. Bu həmin vaxtlar idi ki, ölkəmizin ərazisi böyük güclərin dəstəyi ilə xarici təcavüzə məruz qalmışdı. Bu təcavüzün nəticəsində sərhədlərimizin bütövlüyü pozulmuş, bir sıra rayon-larımız işğala məruz qalmış və soydaşlarımız öz yurd-yuvalarından didərgin düşmüşlər. Nizami ordunun olmaması, pərakəndə döyüşənlərin komandanlıq tərəfindən düzgün idarə edilməməsi xalqın faciəsinə, torpaqların bir hissəsinin itirilməsinə gətirib çıxarmışdır.
    İnsanların sabaha ümid-ləri yox idi. Bu ümidsiz-liyin başlıca səbəbi o vaxtlar ölkəmizə rəhbərlik edən yarıtmazların savadsız xarici və daxili siyasətlərinin nəticəsi idi. Təsadüf nəticəsində ölkədəki qarışıqlıqdan istifadə edərək hakimiyyətə gəlmiş AXC- Müsavat cütlüyü mövcud durumu düzgün qiymətləndirə bilməmiş, təcavüzə məruz qalmış ölkəni bir də vətəndaş müharibəsinə sürükləmişdir.
    Azərbaycan real parçalanmanın astanasında ikən sağlam qüvvələrin təkidli tələbi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtmışdır. Xalq Heydər Əliyevi gül-çiçəklə qarşıladı. Bu qayıdış Heydər Əliyevin xalqa, xalqın Heydər Əliyevə qayıdışı idi. Bu qayıdış böyük Azərbaycan xalqının özünə qayıdışı idi. Bu qayıdış qanlı imperiyanın Azər-baycan ərazisində apardığı ədalətsiz müharibəni dayandırdı. Uzun müddətli atəşkəs elan olundu və ordu quruculuğuna başlandı. Heydər Əliyevin təməlini qoyduğu ordu quruculuğu uğurla davam etdirildi və bu gün milli ordumuz itirilmiş torpaqlarımızı qaytarmağa qadirdir.
    Televiziyada gördüyüm bir hadisəni unuda bilmirəm. Kursantlar qarşısında çıxış edən Heydər Əliyev ürək tutmasından müvazinətini itirdi və tez də özünü ələ alaraq nitqini başa vurdu, deməli oldu-ğunu dedi. O bilirdi ki, bu, onun bəlkə də son çıxışıdır. Lakin o, hər kəsdən çox inanırdı və bilirdi ki, Azərbaycanın dövlətçiliyi, onun ordusu ölməzdir. O, geniş sinəsini kürsüyə gərərək sakit, eyni zamanda qətiyyətli səslə “Azərbaycan dövləti olub, var, olacaqdır!” – dedi. Çöhrəsində özünə məxsus gülüş və daxili ağrıların iztirabı var idi. Bu zaman ürəyimdən bu fikirlər keçdi: “Azərbaycan sizin kimi böyük şəxsiyyətlərin sayəsində həmişə var olub, əziz rəhbərimiz!”
    Bu dahi rəhbərin həyatının son dövrləri idi. Bəs bu böyük insan rəhbərliyi dövründə xalqımıza nə verdi?
    Əvvəlcə də qeyd etdiyim kimi daxili çəkişmələrə, dövlətçiliyə qarşı yönələn təxribatlara son qoyuldu. Xarici siyasətdə köklü dəyişikliklər oldu. Yaxın-uzaq ölkələrlə siyasidiplomatik əlaqələr gücləndi. Xarici ölkələrin səfirlikləri ölkəmizdə, ölkəmizin səfirlikləri xarici ölkələrdə açıldı. Ticarət əlaqələri gücləndirildi. Xarici və daxili investor-lar üçün münbit şərait yaradıldı. Əsrin müqaviləsi –Bakı-Tbilisi-Ceyhan kəmərinin təməli qoyuldu.
    Azərbaycan bir sıra beynəlxalq təşkilatlara tam hüquqlu üzv seçildi. Daxili siyasətdə də əsaslı dəyişikliklər gücləndi. Kənd təsərrüfatı və sənayenin inkişafı üçün dövlətin qayğısı artırıldı. Yarıtmaz məmurlar vəzifələrindən uzaqlaşdırıldı. Rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə gücləndirildi. Təhsilə və səhiyyəyə dövlət qayğısı artırıldı. Gənclərin dövlət xətti ilə xarici təhsil ocaqlarında oxumaları üçün şərait yaradıldı. Yeni iş yerləri açıldı. Qaçqın və köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılması üçün işlər görüldü.
    Qısa zaman kəsiyində görülən işlər öz müsbət bəhrəsini verdi. Əhalidə gələcəyə inam yarandı. Bu gün xalqımız inanır ki, dahi rəhbərimizin açdığı yol bizi işıqlı gələcəyə aparacaq. “Ömrümün qalan hissəsini Azərbaycan xalqına həsr etmişəm”– deyən Heydər Əliyevin bütün şüurlu ömrü Azərbaycan xalqına həsr olunmuşdu. O, hətta böyük Sovetlər dövlətinin Nazirlər Soveti sədrinin birinci müavini olduğu vaxtlar belə Azərbaycan xalqının rifahı üçün çalışmışdır və yəqin ona görə də fəxrlə “mən azərbaycanlıyam” deyirdi. Bəlkə ayrılmaq istəmədiyi Azərbaycan torpağına ona görə qovuşdu ki, vətənin torpağı Heydər Əliyev böyüklükdə artsın. Tarixin yaddaşı qədər iti yaddaş sahibi olan bu böyük insan özündən sonra belə xalqının taleyinə biganə qalmamış və bu müqəddəs işi o zamanlar gələcəyin görkəmli dövlət adamı, bu gün isə dünyanın siyasi səhnəsində xüsusi yeri olan, Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qaldıran İlham Heydər oğluna tapşırmışdır.
    Bu gün xalqımız inamla və İlhamla xoş gələcəyə addımlayır.
    Qərib Qamanoğlu,

    Müəllif: Redaktor, 10:52

    Teqlər:

İsmarıclar bağlıdır.