Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Apr

        Əziz “Yeni Tərtər”in kollektivi!

    Sizi çalışdığınız qəzetin 90 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

    “Qəzet ictimai-siyasi həyatın güzgüsüdür,“ – deyirlər. Zaman-zaman rayon qəzeti də Tərtərin ictimai-siyasi həyatını işıqlandırıb, onun səhifələrində oxucular öz maraq dairəsinə uyğun yazılar görüb, oxuyub, yaddaşına həkk edib.

    Bu gün informasiya bolluğudur. Onlarla saytlar fəaliyyət göstərir. Bu qədər informasiya bolluğunda “Yeni Tətrər” yenə də öz aktuallığını qoruyub saxlayır. Sözsüz, maddi çətinliklər istisna deyil. Ancaq qəzetimizi susmağa qoymur, onu yaşatmaq  üçün əlimizdən gələni əsigəmirik.

    “Yeni Tərtər” qəzetinin 90 yaşı  tamam olur. Uzun illər ərzində bu mətbu orqan rayonumuzun tarixinin öyrənilməsində, təhsil, mədəniyyət və kənd təsərrüfatının inkişafında mühüm xidmətlər göstərib.

    Müxtəlif dövrlərdə qəzet rayon sakinlərini cəmiyyətin qarşısında duran vəzifələrin yerinə yetirilməsinə səfərbər edib, düzü-düz, əyrini-əyri göstərərək, hər bir evdə,  ailədə maraqla oxunub.

    Ulu Öndər Heydər Əliyevin Tərtərə və tərtərlilərə göstərdiyi qayğı, onun rayonumuza səfərləri, tərtərlilərin Ümummilli Liderimizlə unudulmaz görüşləri,  bu barədə onların xatirələri daimi olaraq rayon qəzetinin əməkdaşları tərəfindən qələmə alınıb. Qəzet Ulu Öndər Heydər Əliyevin ideyalarının və onun zəngin irsinin öyrənilməsində və təbliğində mühüm rol oynayıb.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyətdə olduğu 20 ildən artıq dövr ərzində Tərtər rayonunda görülən işlər qəzetin səhifələrində geniş əksini tapıb. Bu, quruculuq, abadlıq, yenilənmə, yüksəliş dövrüdür.

    30 ildən artıq bir müddətdə Tərtər rayonu cəbhə bölgəsi olub və düşmən hücumlarına məruz qalıb. Ən çətin günlərində tərtərlilər daim ölkə rəhbərini və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı rayonumuzda görüb, onları evlərinin ən əziz qonaqları kimi qəbul ediblər. Xalq-iqtidar-Ordu birliyini işıqlandıran materiallar, vətəndaşların öz Prezidentlərinə təşəkkür dolu məktubları qəzetin səhifələrində yer alıb.

    44 günlük Vətən müharibəsi və sonrakı döyüş əməliyyatları zamanı tərtərlilərin göstərdikləri hünər, qəhrəmanlıq,  şəhid və qazilərimizin həyatı “Yeni Tərtər”in başlıca mövzularındandır. Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Tərtərin tarix yazan oğulları” kitabı da rayonumuzun tarixinin əbədiləşdirilməsi yolunda atılan mühüm addımdır.

    Müharibənin başa çatması ilə ölkəmizdə yeni dövr başlayıb. Bu sahədə də rayon qəzeti üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. “Böyük Qayıdış”ın tarixi anlarının qələmə alınması, işğaldan azad edilmiş ərazilərdən sevgi ilə yazılan məqalələr bu gün də oxucular tərəfindən maraqla qarşılanır, sabah da Tərtərin və bütövlükdə ölkəmizin şanlı tarixi kimi maraq doğuracaq.

    90 illik yubiley münasibətilə bir daha “Yeni Tərtər”in kollektivini təbrik edir, bundan sonra da onlara öz fəaliyyətlərini uğurla davam etmələrini arzulayıram.

    Müstəqim Məmmədov,

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı

     

    Müəllif: Redaktor, 14:52

İsmarıclar bağlıdır.