Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Apr
    Biz iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasını istəyirik.
    Prezident İlham Əliyevin dediyi kimi Azərbaycana növbəti dəfə yüksək etimad və dərin hörmət göstərilib. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır. Bütün bunlar aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir.Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsidir.Ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında əsaslı dönüş yaranıb. Azərbaycanda qazanılan uğurlar dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsidir.Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində ölkəmizin qazandığı nailiyyətlər günbəgün artır.

    Cari il aprelin 23-də Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “COP29 vəAzərbaycan üçün Yaşıl Baxış” mövzusundabeynəlxalq forumda çıxışı, həmin tədbir dəaparılan müzakirələr regionun və bütün dünyanın, qloballaşan və hər gün yeni-yeni təhdidlərləüzləşən planetimizin gələcəyi üçün çoxəhəmiyyətli oldu. Beyin mərkəzlərinin iştirakı iləkeçiriən diskusiyalar, Azərbaycan Prezidentinin dəhaqqında danışdığı məsələlər payızda keçirilməsinəzərdə tutulan COP – Tərəflərin Konfransınıntövsiyələrinə uyğun idi. Bütün müzakirələrbütövlükdə dünyaya çağırış, ayrı-ayrı qütblərdə, qitələrdə baş verən hadisələrin bütün bəşəriyyətüçün acı nəticələrin baş verməməsi üçündür. Qlobal istiləşmə tempini səngitmək, qlobalistiləşməyə məruz qalan ərazilərin adaptasiyasınadəstək olmaq və 2050-ci ilə qədər “0” – sıfıremissiyaya nail olmaq əsas məqsəddir.
    Hər il keçirilən konfrans 2024-cü ilin 11-24 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək. Buna, sonuncu, COP28 konfransında iştirak edən 195-dən çox ölkəninyekdilliklə səsverməsi nəticəsində qərar verilib. Bakıda 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin qəbuledilməsi gözlənilir. COP29 ölkə tarixindəkeçiriləcək olan ən böyük tədbir hesab olunur.
    Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyietməsi ölkəyə yerli, regional və beynəlxalqmiqyasda çox böyük divindendlərqazandıracaqdır.
    ADA Universitetində keçirilən tədbirdə Prezident İlham Əliyev düyanı və regionu daim təhdid altında saxlayan, təhlükəsizliyə mane olan, terroru və ekstremizmi təbliğ edən işğalçı Ermənistanın hərəkətləri və son hadisələrdən sonra bu ölkənin iddialarına son qoyulduğu barədə toplantı iştirakçılarına ətraflı məlumat vermək idi. Və dünyanın aparıcı siyasət adamlarının, mütəxəssislərin bu barədə xəbərdar olmaları təkcə Azərbaycan üçün yox, həm də dünya birliyi üçün əhəmiyyətlidir.
    Dövlət başçısı qeyd edib ki, Azərbaycanla Ermənistan arasında 44 günlük müharibənin başa çatmasına baxmayaraq, Qarabağın minalardan təmizlənməsi ilə bağlı çətinliklər hələ də qalmaqdadır. Qarabağ ərazisində basdırılan minalar Azərbaycanın ekologiyasına ciddi təsir göstərib. Bu təsirlər arasında əsas amil kənd təsərrüfatına ciddi ziyanvurmaq olub. Bu konfransda təqdimatın əsas məqsədi Azərbaycanda minalanmış ərazilərin problemini müzakirə etmək və həll etməkdir. Buna baxmayaraq hələ də mina təhlükəsi qalmaqdadır. Ermənilərin 2020-ci il müharibəsindən sonra Qarabağa gətirdikləri və əsasən Ermənistan istehsalı olan minalar hələ də vətəndaşlarımıza təhlükə törədir. Bunun üçün İrəvanın mina xəritələrini Azərbaycana verməsi şərtdir, əgər Ermənistan regionda sülhə əngəl olmadığını əməli ilə sübut etmək istəyirsə mina xəritələrini Azərbaycana verməli, gələcək sülhün yaranmasına mane olmamalıdır.Dövlətimizin başçısı əlavə edib ki, sülh sazişinin imzalanmasına heç vaxt olmadığı qədər yaxınıq. “Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik. Həmin vaxt hətta “Madrid Prinsipləri” üzrə razılığa gəlinmədiyini xatırladan dövlətimizin başçısı bildirib ki, o zaman sülh sazişinin layihəsi belə yoxidi. İndi isə o, artıq mövcuddur. İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var. Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin, əlbəttə, hər iki tərəfə vaxt lazımdır”, – deyə ölkərəhbəri əlavə edib.Ermənistanın qeyri-konstruktivliyindən danışan İlham Əliyev Azərbaycanın bu ölkə ilə bəzibeynəlxalq təşkilatlarda, qurumlarda birgə təmsil olunduğunu deyib və əlavə edib ki, Avrasiya İqtisadi Birliyin tədbirlərində bir dəfə fəxri qonaq kimi iştirak edib. Dövlətimizin başçısının da vurğuladığı kimi, Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv bütün ölkələrlə Azərbaycanın çox sıx tərəfdaşlıq münasibətləri var. Amma Ermənistan daim təmaslardan qaçıb, özünə kənarda, xüsusən də qeyri-region ölkələri arasında dayaq, himayədar axtarıb. Azərbaycan qalib ölkədir, buna baxmayaraq sülh müqaviləsinin imzalanmasında səmimidir, regionda sabitliyin olmasına tərəfdardır.
    COP29-un Azərbaycanda keçirilməsinin önəmindən danışan dövlətimizin başçısı bildirib ki, COP29 haqqında danışsaq, əlbəttə ki, bu, Azərbaycana olan beynəlxalq ictimaiyyətin böyük hörmət və dəstəyinin təzahürüdür. COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür. Dövlətimizin başçısı əlavə edib ki, baza prinsipləri üzərində razılığagəlmək, həmçinin variant hesab olunur, sonra isə müddəaların təfərrüatlarına vaxt sərf etmək olar. “Hətta sazişin layihəsi hazır ola bilər. Düşünürəm ki, bunun üçün hər iki tərəf, sadəcə” ürəkdən çalışmalıdır”, – deyə Prezident diqqətə çatdırıb.
    Beləliklə, qeyd edək ki, iqlim dəyişikliyi temperaturun, fırtınaların artması, quraqlıqlar, növlərin yoxolması, qida çatışmazlığı, sağlamlıq risklərinin artması və dəniz səviyyəsinin yüksəlməsi kimie koloji fəlakətlərə səbəb ola bilər. Ona görə dədünyanın bütün ölkələri yuxarıda qeyd olunan amilləri nəzərə alaraq ekoloji fəlakətlərin qarşısını almaq üçün əllərindən gələni etməlidirlər. Ekoloji fəlakətlərin və iqlim dəyişikliyinin qarşısını almaq üçün dünyanın neft və qaz hasil edən ölkələri neft və qazdan istifadəni azaltmalı və bərpa olunan enerji mənbələrinə keçidini sürətləndirməlidir

    Müəllif: Redaktor, 08:39

İsmarıclar bağlıdır.