Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 01May

    Mayın 1-də Beynəlxalq Avrasiya Mətbuat Fondu prezidenti Umud Mirzəyev ispaniyalı fotoqraf Qervasio Sançez Fernandezlə “Yeni Tərtər” qəzetinin redaksiyasını ziyarət edib. 

    Ednews xəbər verir ki, onlar “Yeni Tərtər” qəzetinin 90 illik yubileyi münasibəti ilə qəzetin baş redaktoru Svetlana Bağırova və qəzetin kollektivini region mətbuatının inkişafında göstərdikləri xidmətə görə təltif edib.

    Umud Mirzəyev “Yeni Tərtər” qəzeti ilə bağlı fikirlər bildirib:

    “Uzun illərdi qəzetlə əməkdaşlıq edirik. Müstəqillik dövründən sonra qəzet çətinliklər yaşayıb. Bütün bunlar gözümüzün qarışısında olub. Redaksiyanın əməkdaşları bu günləri böyük fədakarlıq göstərirlər. 50 ildən çoxdur ki, Svetlana Bağırova bu qəzetdə çalışır. O, Azərbaycan jurnalistikasının peşəkar imzalarındandır”.

    Sançez Fernandez də “Yeni Tərtər” qəzetini yubiley münasibətilə təbrik edib:

    “Mən də region qəzetində çalışmışma. Qəzetin nə olduğunu yaxşı bilirəm. Bu günlərdə bizim qəzetdə 130 yaşını qeyd edib. Qəzetin fəaliyyətində uğurlar diləyirəm”.

    Xatırladaq ki, “Yeni Tərtər” qəzeti Mətbuat Şurası ilə əməkdaşlıq edir. Mətbuat Şurası ötən illər ərzində qəzetə dəstəyini əsirgəməyib.

    Sançez Fernandez Azərbaycanın mina problemi, minadan zərərçəkənlər, o cümlədən Qarabağ həqiqətləri ilə bağlı kitab hazırlayır. O, BAMF və ANAMA ilə əməkdaşlıq edir.

    Qeyd edək ki, fotoqraf Qervasio Sançez Fernandezin Ağdam və Tərtərə səfərinin təşkilində ANAMA və BAMF-ın rolu olub.

    G.Sançez işğaldan azad edilən ərazilərdə, o cümlədən mina qurbanları ilə görüşlər keçirir. İspan fotoqraf Şuşa, Laçın, Zəngilan səfərlərinə davam edəcək. O, fotolarında Qarabağın müharibədən sonrakı vəziyyətini, konfiliktikin rəsmini ağ-qara şəkillərlə ifadə edəcək.

     

    Müəllif: Redaktor, 13:42

İsmarıclar bağlıdır.