Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 02May

    Bismillahir Rahmənir Rahim.

    Mehriban və bağışlayan Allahın adı ilə.

    Salam əmin-amanlıq diləyidir, salam gözəl bir duadır, dinimizin bir göstəricisidir. Müqəddəs kitabınızda belə, salamlaşmaq bizə əmr olunur. Odur ki, hörmətli “Yeni Tərtər” qəzetinin gözəl və mehriban kollektivi. Allahın salamı, xeyir-duası sizinlə olsun. Mən sizin redaksiyaya ilk gəldiyim gündən orada bir gözəllik, mehribanlıq gördüm. Bir məclisdə hörmətli Svetlana xanımla (Əzizova) həmsöhbət olduq və o xanım bir mütəxəssis kimi fikirlərimi çox bəyəndi. Mənə məsləhət gördü ki, bu düşüncələri, fikirləri kağıza köçürüm və redaksiyaya gətirdim. Dediyi kimi də etdim və beləcə neçə illərdir ki, redaksiyaya tez-tez getməyə başladım.

    Rayonumuzun yeganə dərgisi olan “Yeni Tərtər” qəzetinin  yaranmasının 90 illiyi münasibətilə  kolektivinizi təbrik edirəm. Hörmətli redaktorumuz Svetlana xanım  (Bağırova), o Qadir Allahdan  arzumuz budur ki, qəzetiniz daha uzunömürlü olsun və rayonumuzun sakinlərinin sevimlisi olmaqda davam etsin. “Yeni Tərtər” qəzeti hər zaman gənclərimizə öz mənəvi dəstəyini göstərmiş, rayon sakinlərinin problemləri ilə yaxından maraqlanmış və vaxtaşırı həm inkişafımızı, həm də zəif nöqtələri göstərmişdir.

    Həmçinin. istər 2016-cı ilin  aprel ayındakı  4 günlük müharibədən, istərsə də 2020-cı ilin Qələbə ilə başa çatan döyüşlərindən sakinlərə ətraflı məlumatlar verərək, günü bu gün də əziz şəhidlərimizdən çoxlu məqalələr, xarirələr və fotolar hazırlayırlar.

    Əziz “Yeni Tərtər”çilər,  sizə hər işinizdə bol-bol uğurlar arzu edirik. Nə qədər xoş arzu və diləklər var, daim sizinlə olsun.  Amin!

    Saleh Ədilov,

    ictimai müxbirimiz

    Müəllif: Redaktor, 15:02

İsmarıclar bağlıdır.