Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 02May

            Dəyərli “Yeni Tərtər”in kollektivi!

    Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbәşәri dəyərlərin təbliğində müstəsna rol oynamış mətbuat xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini verib. Bu yeni inkişaf dövrünün təməlini qoyan Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Ümummilli Lider Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli Fərmanına əsasən senzuranın ləğv edilməsi ilə milli mətbuatımızın inkişafında yeni mərhələnin əsası qoyuldu. Hazırda ölkədə azad medianın fəaliyyətinə və inkişafına yönələn bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Kütləvi informasiya vasitələrinə birdəfəlik yardımların edilməsi, mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlar üçün yaşayış evlərinin tikilib istifadəyə verilməsi bu sahəyə göstərilən xüsusi qayğının bariz nümunəsidir. Bu gün ölkəmizdə yüzlərlə müxtəlif kütləvi informasiya vasitəsi – qəzet, jurnal, informasiya agentliyi və teleradio şirkətləri fəaliyyət göstərir. Bu gün Azərbaycanda böyük bir jurnalist ordusu yetişib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə azad medianın inkişafı üçün hər cür şərait yaradılmaqla mətbu orqanların maddi-texniki bazası möhkəmləndirilmiş, jurnalistlərin sosial-iqtisadi vəziyyəti yaxşılaşdırılmışdır.”

    Jurnalist peşəsi yalnız dərin bilik deyil, həm də xüsusi istedad tələb edən çox vacib, maraqlı və mürəkkəb bir peşədir. Jurnalist olmaq həm də qərəzsiz məlumat bələdçisi olmaq deməkdir. Hadisələrin sürətlə cərəyan etdiyi müasir dövrdə insanlar üçün məlumat dənizində bələdçi olmaq isə çox çətindir. Buna nail olmaq istəyən qələm sahibinin öz dəsti-xətti, hadisələrə obyektiv baxışı, ən əsası isə vətəndaş mövqeyi olmalıdır. Bunun öhdəsindən yalnız peşələrinə sədaqət nümayiş etdirən, bütün çətin anlarda hər zaman öndə olmağı bacaran, yorulmadan çalışaraq cəmiyyətimizi dürüst məlumatlarla təmin edən peşəkar jurnalistlər gələ bilər. Dünyanın müxtəlif yerlərində mətbuatın fəaliyyəti fərqli olsa da, onun əsas prinsipi eynidir – cəmiyyəti dürüst informasiya ilə təmin etmək.

    Sizi “Yeni Tərtər qəzeti”nin 90 illik yubileyi münasibətilə təbrik edir, böyük fədakarlıq tələb edən məsuliyyətli və son dərəcə şərəfli fəaliyyətinizdə tükənməz enerji və müvəffəqiyyətlər arzu edirəm.

     

    Tərtər rayon prokuror,

    baş ədliyyə müşaviri

    Əli Qurbanov

     

    Müəllif: Redaktor, 15:16

İsmarıclar bağlıdır.