Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 02May

    1934-cü ildən fəaliyyətə başlayan, qayğısız, xoşbəxt uşaqlıq illərimdən xatirimdə “Qızıl Bayraq” adı ilə qalan doğma qəzetimiz!

    Düz 90 ildir ki, bu çətin, çətin olduğu qədər də məsuliyyətli və şərəfli bir missiyanı yerinə yetirən doğma qəzetimizin işıq üzü görməsində, ərsəyə gəlməsində və bugünkü inkişafı səviyyəsində əziyyəti olan hər kəsə dərin hörmət və ehtiramımı bildirirəm.

    Bu gün aramızda olmayan və qəzetin inkişafında xüsusi zəhməti olan mətbuat işçilərimizi də hörmətlə anır və Ulu Tanrıdan onların hər birinə rəhmət diləyirəm!

    Uşaq yaşlarımdan “Qızıl Bayraq”  qəzetini atam sevdirmişdi mənə. Atamın şeirləri, təhsillə bağlı yazıları ”Qızıl Bayraq”,  sonralar isə “Tərtər” qəzetində tez-tez dərc olunardı və qəzetin bütün nüsxələri bizim evə göndərilirdi.

    O şeirlərin,  ibrətamiz yazıların əksəriyyətini atamın yadigarı kimi bu gün də saxlayıram. Bir neçəsini sizə göndərirəm.

    Hansı dövrdə olur-olsun,  Tərtər qəzeti həmişə dövlət,  dövlətçilik missiyasını hər şeydən üstün tutub, hər zaman xalqımıza, Tərtər içtimaiyyətinə sədaqətlə xidmət edib. Rayonumuzun iqtisadi, içtimai-siyasi və sosial həyatında baş verən hadisələri dolğun informasiya ilə oxucularına çatdırıb.

    Həyatımın ən ağrılı, acılı,  heç unutmadığım illəri olan müharibə illərində Tərtər qəzetinin fəaliyyətini məxsusi qeyd etmək istərdim. Hər dərc olunan nömrədə bugünümüz üçün  can qoyan şəhidlərimizin, sağlamlıqlarını itirmiş qazilərimizin həyat və fəaliyyəti öz əksini tapmışdır, bu isə öz növbəsində gənc nəslin vətənpərvərlik tərbiyəsi yönümündə xüsusi əhəmiyyət kəsb edir.

    Rayon ziyalısı olaraq bu yubiley münasibətilə “Yeni Tərtər”qəzetinin baş redaktoru,  başdan ayağa dövlət, dövlətçiliyə sadiq, vətənpərvər,  təəssübkeş Svetlana xanım Bağırovanı, eləcə də kollektivin bütün üzvlərini təbrik edirəm.

    Bütün Tərtər ictimaiyyətini təbrik edirəm.

    Məhəbbət Paşayeva,

    həkim, iki şəhid bacısı

    Müəllif: Redaktor, 15:19

İsmarıclar bağlıdır.