Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 02May

    Qaynar gəncliyimin, xoşbəxt günlərimin beş ilini Tərtərdə, səmimiyyəti, mehribanlığı, qayğıkeşliyi ilə  mənim üçün doğmalaşan, bacıya, qardaşa, əmiyə, dayıya çevrilən, unudulması mümkünsüz olan  tərtərlilərin əhatəsində  yaşamışam. 1975-1980-ci illərdə Tərtərdə çıxan “Qızıl bayraq” (İndiki “Yeni Tərtər”) qəzetində müxbir və şöbə müdiri vəzifəsində çalışmışam. Torpağı münbit, suyu saf, insanları qürurlu bu diyarda yaşadığım, işlədiyim beş ilin hər günü mənim üçün son dərəcə unudulmaz və əzizdir…

    Eşidəndə “Yeni Tərtər” qəzetinin  90 yaşı tamam olur, çox sevindim.  Xatirələr, ünsiyyətdə olduğum insanlar kino lenti kimi gözlərimin önündən gəlib keçdi. İlk redaktorum olmuş Zöhrab Məmmədovun tələbkarlığı, ondan sonrakı redaktor Hilal Bayramovun duzlu söhbətləri, redaktor müavini Əmiraslan Qurbanzadənin şeirləri yadıma düşdü. Son dərəcə səmimi və mehriban bir ailəyə bənzəyirdik. Etiraf edək ki, o vaxtlar rayon qəzeti böyük nüfuza malik idi. Redaksiya işçilərinə hörmət və ehtiramla yanaşırdılar.

    Gənc nəslin vətənpərvər ruhda böyüməsində, milli-mənəvi dəyərlərin təbliğində yerli mətbuatın rolu böyük idi…

    Quş qanadlı illər bahar küləkləri kimi yaman tez ötüb keçdi. 44 ildir doğma qəzetimdən ayrılmışam. Amma heç vaxt əlaqəmi  kəsməmişəm, etibarsız olmamışam. Vaxtaşırı Tərtərə gedir, köhnə, təzə dostlarla görüşürük. Bu gün “Yeni Tərtər” qəzetinə peşəkar jurnalist, çoxsaylı təltiflərə layiq görülmüş, ən əsası böyük mənəvi zənginliyə malik tipik Azərbaycan qadını Svetlana Bağırova rəhbərlik edir. Bu  kollektiv Qarabağ savaşında qələmini süngüyə çevirib, Böyük Zəfərin gerçəkləşməsində müstəsna xidmətlər göstərib. Odlu qələmləriylə  əsgərlərdə qələbə ruhu yaradıblar, arxa cəbhədə apardıqları mənəvi – ideoloji işlə əhalinin müzəffər Ali Baş Komandan ətrafında yenilməz birliyinə sanballı töhfələr veriblər.

    Bu əlamətdar yubiley günündə sizə uğurlar arzulayıram, “Yeni Tərtər”lilər! Qələminiz iti, sevinciniz bol olsun!

     

     

                Lazım Quliyev

    “Azərbaycan” qəzetinin Qarabağ və Şərqi Zəngəzur üzrə bölgə müxbiri, Respublikanın Əməkdar Jurnalisti

     

    Müəllif: Redaktor, 15:27

İsmarıclar bağlıdır.